Yarış həyəcanı başlasın!

Yapon.az`ın təşəbbüsü ilə yapon dilini sevənlər və öyrənənlər üçün 3-cü heroqlif yarışmasına start verilir.

Yarışmada iştirak edənlər 2016-cı ilin iyulun 23-dən avqustun 15-dək istədikləri və ya sevdikləri hər hansı heroqlif yazıb aşağıda göstəriləcək ünvana göndərə bilərlər.

Səsvermə bu dəfə münsiflər heyəti tərəfindən aparılmayacaq və tədbirdə keçiriləcək. Necə?! Belə ki, bu dəfə bacarığınızı yapon.az`ın təşkil edəcəyi tədbirdə iştirakçı qismində gələnlər dəyərləndiriləcəklər.

Məqsəd hədiyyə qazandırmaq və heroqliflərin yazılışını əyləncəli vizual (görüntü şəklində. İstər obyektlər, istər obyektsiz) xatırlamağa xidmət etmək və həvəsləndirməkdir.


Yarışmanın şərtləri:

  • Heroqlif A4 formatlı kağızda yazılmalıdır (əllə).
  • Kağızın sol yuxarı küncündə heroqlifin hiraqana və ya katakana ilə yazılışı, azərbaycan dilinə tərcüməsi mütləq göstərilməlidir (əllə).
  • Kağızın arxa tərəfində müəllifin adı yazılmalıdır.
  • Yalnız bu şərtləri yerinə yetirənlər yarış iştirakçıları kimi stendə buraxılacaqlar.
  • Namizədlərin hər biri bərabərdir, istədiyi heroqlifi seçməkdə müstəqildir, istədiyi – sulu, yağlı boya, qələm, qara qələm və s. ilə işləyə bilər və işlədiyi onun təxəyyülünün məhsulu olmalıdır.
  • Saxta və ya plagiat işlər yarışmadan uzaqlaşdırılacaqdır.
  • Qalib mükafatlandırılacaqdır.

13814636_10209609749871612_1159997470_n

Daxil olan şəkilləri yaymaq hüququ yalnız yapon.az`a məxsusdur.

Tədbirin günü müəyyənləşdirildikdən sonra yayımlanacaqdır.

Son qəbul tarixi: 15 avqust 2016-cı il

İşləri həftənin şənbə ve bazar günləri Caspian Business İB club, yapon dili otağına çatdırmağınız xahiş olunur.

Qəbul saatları 9:00-dan 17:00-a kimi.

Hər birinizə uğurlar 🙂

© yapon.az 2016
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma