Ohaquro nədir?

Təvazökarlıq, incəlik, gözəllik, sədaqət rəmzi, yaxud sağlamlıq?!

Ohaquro (お歯黒 – ha [diş], kuro [qara] hərfi tərcümədə “qara diş” deməkdir. Termin, həmçinin, 鉄漿 – tetsuşyo, yəni, hərfi tərcümədə “dəmir şirə” heroqlifi ilə də bildirilib.) Yaponiyada Meici (1868-1912) dövrünə qədər dəbdə olmuş dişi qara rəngə boyama adətidir. Bu adətin tarixi qədim dövrə gedib çıxır.

Əslində, ohaquronun yaranma tarixi dəqiq məlum olmasa da, Asuka (538-710) dövründən etibarən geniş yayıldığı güman edilir. Hətta Kofun (250-358) dövründə dəfn olunmuş insanların bir çoxunun qəbri açılan zaman skeletlərin dişlərinin qara rəngə boyanması aşkar olunub. Dişlərin qara rəngə boyadılması üçün dəmirdən istifadəni isə yaponlar materikdən mənimsəyiblər. Ohaquronun buddist kahinlərindən xalqa yayıldığı da istisna edilmir.

ohaguro
Ohaquro edən qadın.

Yaponiyada ohaquro Edo dövründə geyşalar arasında gözəllik əlaməti kimi qəbul edilib. Utancaqlıq, təvazökarlıq, incəlik… Sonradan bu adət evli xanımlarla assossasiya olunmağa başlayıb. Belə ki, dişlərin uzun müddət qara rəngdə qalması qadının öz ərinə sadiqliyini bildirirdi… Dişi boyama yalnız dəb və ya sosial hal yox, həm də dişlərin ərpdən qorunmasına kömək edirdi.

Aristokrat sinfinə daxil olan evli qadınlar, bir çox hallarda kişilər də dişlərini qara boyayırmışlar. Bu barədə “Genci monoqatari”, “Tsutsumidzu monoqatari”də qeydlər var. Heyan dövrünün sonlarından etibarən aristokrat ailəsinə mənsub qadın və kişilər ohaquronu ilk dəfə yetkinlik yaşına çatan zaman xüsusi mərasimlə həyata keçirirdilər. Onlar hakama geyinir və dişlərini qara rəngə boyayırdılar.

Muromati dövründə əsasən, böyüklər dişlərini qara rəngə boyayırdılarsa, Senqoku dövründə hərbiçilərin 8-10 yaşlı qızları bu prosedura əməl etməli olurdu. Səbəb qızların yetkinlik yaşına çatdığını bildirmək və tez bir zamanda ailəyə uyğun “siyasi” namizəd – ər tapmaq idi. Bu ənənəvi mərasimi qohumlar və ya qızın qəyyumları həyata keçirirdi və onları kaneyo (鉄漿親 – dəmir + valideyn) adlandırırdılar.

Edo dövründə bu ənənə demək olar ki, sıradan çıxmağa başlayır. Ona yalnız imperator ailəsinin üzvləri və ad-san sahibi kişilər əməl edirlər.

Ohaqarulu dişlər xoşagəlməz iylənir. Ona görə də dişləri daim rəngləmək lazımdır. Həmçinin, zamanla artıq dişlərin qara rəngə boyanması qocalıqla assossasiya edilməyə başlayır. Bundan sonra ohaquronu orta yaşlı evli xanımlar, 18-20 yaşlı subay xanımlar, geyşa və fahişələr edirdilər. Kəndli ailələri isə matsuri, toy, yas mərasimləri zamanı dişlərini qara boyayırdılar. Yapon uşaq nağıllarında da bu qisim saxlanılıb: “matsuri, toy və yaslarda dişlər qara rəngə boyanırdı…“.

1870-ci ildə imperator ailəsi və aristokratlara ohaquro etmək qadağan edilir və adət demək olar ki, unudulur. Yalnız erkən Meici dövründə ohaquro yenidən qısamüddətli populyarlıq qazanır və Taişo dövründə yaddan çıxır.

sdgdsgdsgdg
Hikimayu – qaşların quruluşuna diqqət

Hazırda ohaquronu yalnız ənənəvi teatr, karyukay, bəzən matsurilərdə, 1960-cı il tarixi dramalarında, filmlərdə və Kiotoda geyşaların 1/4-də görə bilərsiniz. Ohaquro edəndə adətən qaşlara hikimayu edilir.

Ümumiləşdirsək:

♦ Heyan dövründə;

  • İmperator ailəsi, aristokratlar, Gembuki`dən sonra uşaqlar, ailə vəziyyətindən asılı olmayaraq kişilər və qadınlar, buddist əsaslarda böyüdülən uşaqlar ohaquro edirdi.
  • Tayra və Minamoto ailəsi və hərbiçilər əsasən ohaquro etmirdilər.

♦ Senqoku dövrü;

  • İmperator ailəsi, aristokratlar, azyaşlı olduqları üçün ərə gedə bilməyən gənc gəlinlər.

♦ Edo dövrü;

  • İmperator ailəsi, aristokratlar, şəhərlərdə gəlinlər. Samuray ailələrində qadınlar yalnız ilk övladın dünyaya gəlməsi ilə qaşlarını hikimayu edirdi. Subay xanımlar 18-20 yaşlarda, Edoda yudzelər, Kioto və Osakada (subay gənc oğlanlar hikimayu etmirdilər), Kioto və Osakada geyşalar.

Edo dövründə Yaponiyanı ziyarət etmiş qərblilər – Engelbert Kaempfer, Filipp Franz Balthasar von Siebold və Rutherford Alkok ohaquronu çox eybəcər bir adət kimi qələmə veriblər və bildiriblər ki, bu adət əslində, bilərəkdən qadını eybəcərləşdirmək və evli olmadan əks cinslə yaxınlığın qarşısını almaqdan başqa bir şey olmayıb.

Bəs haqqında bu qədər danışdığımız ohaquronun qara rəngini necə alırmışlar? Həmin məhlulun kimyəvi tərkibi Fe(OH)(C2H5O2)2 olan dəmir asetat (III) – dəmir duzu + sirkə kislota + xoşagəlməz iyli sumaq yumruları. Qırmızı qəhvəyi kristal halındadır, suda həll olmur. Yapon dilində kanemizu (かねみず- 鉄漿水) – dəmir qırıntılarını sirkədə əridir və içinə bitki mənşəli, məsələn, yaşıl çay tozu qatırmışlar ki, qara rəng alsın. Bir gün və ya bir neçə gündən bir istifadə edirlərmiş.

Sevinc Nur © yapon.az 2014
(2016 yenilənib)
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma