Animelər və real həyat

Evlər/binalar bir-birinə o qədər yaxındır ki, həqiqətən də Taiqa Aisaka “uf demədən” Ryūci Takasu`nun evinə girə bilər…

Bir çoxları kimi mənim də Yaponiyaya marağım animeləri izləmək, qəhramanlara aşiq olmaq və rəğbət bəsləməklə başlayıb (hələ ki, tarixi məsələlər və samuraylara maraq və sevgini kənara qoyuram). Yaponiyada olmadan öncə animelərdəki həyat mənə uzaq, yad, lakin doğma (fanlar bilər 😀 ) bəzən fantastik, uydurma, hətta gülməli gəlirdi. Böyüdükcə bu haqda düşünmürdüm də. Lakin əslində heç də fərqli deyilmiş reallıqla təxəyyülün məhsulları…

Məsələn, çox uzağa getmədən, “Ay savaşçısı”nda Usagigilin evi – elə bilirdim, Yaponiya ancaq göydələnlərdən ibarətdir. Lakin elə deyil. Burda göydələnlərdən çox fərdi evlər var. Bəziləri kiçik bağçası ilə. Kiçik bağçanın ölçüsü bir addım qədər də ola bilər, yəni…

Bakemono no ko 20151
“Canavar uşaqları” (バケモノの子/ Bakemono no ko), 2015. Tokionun məşhur küçəsi

Evlər/binalar bir-birinə o qədər yaxındır ki, həqiqətən də “Pələng – əjdaha!”nın (とらドラ/ Toradora! – 2008) Taiqa Aisaka`sı “uf demədən” Ryūci Takasu`nun evinə eləcə (animedəki kimi) girə bilər…

Sailor Moon sezon 4 seriya 17
“Ay savaşçıcı”, sezon 4, seriya 17. Bu şəkildə gördüyünüz dondurma qabıdır. 90-cı illərin animesində olan yemiş formasında qabda hələ də dondurma satılır.
13490762_10209363907125697_7879270604849549872_o
Bu da həmin dondurmanın 2014-cü ildə alınan qabı. 

Hava limanında oturub uçuş vaxtını gözləyəndə hər şeyi və qarşımdan keçən hər kəsi müşahidə etməyə vaxtım var idi. Yaponiyada reallıq animelərdəki kimi əyri ayaqlı insanlardan tutmuş, yalnız yanağın ön tərəfində (göz altında dairəvi formada) qızaran ənlik, üzə tökülən tellərə vurulan saç tokası, “İtazura na kiss” (イタズラなKiss – 2008) animesinin qəhramanı Kotoko Aihara`nın atasının hər dəfə zəlzələdən sonra tikdiyi ev, Qərb üslübu ilə milli üslubun sintezi, Venesiya incəsənəti və mədəniyyətini özündə əks etdirən bina və geyimlər (həmin dövrə aid), “Göy qurşağı: İkinci blokun altıncı kamerasından 7 nəfər” (Rainbow: 二舎六房の七人 / Reinbō: Nişa roku bō no şiçinin – 2010) animesindəki pəncərə önündəki paltar asmağa dəmir qarmaqlar, “Əlvan Çihaya” (ちはやふる/ Çihayafuru -2012) animesindəki dərsdən əlavə klub yaratmaq, ona üzvlər axtarmaq, komanda ilə yarışmaq, qazanmaq, qazanmaq üçün çalışmaq və s.-dən heç də fərqlənmir. Animelərdə gördüyünüz hər şey, zeppelin, asfaltın “yamaqları”, küçələr, arakəsmələr, işıq dirəkləri, işıqforlar, xəstəxanalar, qatarlar, yağış, insanın boyu qədər olan qamış və kollar, az qala mutant təsiri bağışlayan irihəcmli böcəklər belə real həyatdan götürülüb. Gördüyünüz hər şey Yaponiyadan ilhamlanıb və Yaponiyanın özüdür.

Sailor Moon sezon 4 seriya 19
“Ay savaşçıcı”, sezon 4, seriya 19. Usaginin əlində olan salfetka qabılarının üz qabığı forma, rəng vəquruluşuna görə 2015-ci ildə də eyni idi. Yalnız 2015-ci ilin qışından sonra rənglər forma saxlanılsa da ornamentlər əlavə olunub. 2014-cü ildə animeni izlərkən salfetka qablarını Usagidə görəndə həyəcanlanmışdım…

İnsanlar, onların danışığı, hərəkətləri, davranış və qəribəlikləri… Burada həqiqətən də deyinən, az qala başda “çanta sındıran” nənələr, gözəl geyimli cəzibədar xanımlar, özünə həddindən artıq inamlı yaraşıqlı gənclər, utancaq və hər şeydən pomidor kimi qızaran həkimlər (ümumiyyətlə, insanlar), nə geyinsələr də yöndəmsiz görünən qızlar, çəlimsizlər, qarayanız, buruqsaç, bığlı (bu, çox nadir hallarda olur), saçı rənglənmiş yapon kişilər…

Artıq heç bir şey mənim üçün təəccüblü, qəribə və ya fərqli deyil. Bu, televizorda siz tanış küçəni görəndə keçirdiyiniz hissə bənzəyir. Daha çox da adət etdiyiniz yerlərdə addımlayırmışsınız kimi adiləşir.

Tənbəllik etməyib bəzi animeləri yenidən izləyib müəyyən epizodları sizin üçün “dondurmuşam” (şəkillərə tıklayanda böyüyürlər):

Sevinc Nur © yapon.az 2016
Advertisements

One thought on “Animelər və real həyat

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma