Qoruyucu maska

İctimai yerlərdə “qaydalar”a əməl etmək…

Qurumlar və ya fərdlər?!

Bəli, bəli. Yaponiyada həyatı onsuz təsəvvür etmək olmaz. Necə olub ki, hamı bir nəfər kimi bu yazılmamış qaydaya əməl edir bilmirəm. Amma əməl etdiklərini bilirəm…

Yaponiyada hamı olmasa da əksər insanlar qaydalara əməl edir. Məsələn, qırmızı işıqda keçən, siqnal çalan qadın sürücü (ümumiyyətlə, 1000 nəfərdən 1-i cinsindən asılı olmayaraq siqnal çala bilər), sırada durmayıb yandan qatara minən və s. də görə bilərsiniz. Lakin əksər hallarda insanlar qaydalara əməl edir. Bir çox hallarda bunun üçün müvafiq üsullar, cığır və yollar çizilir. Məsələn, metroda qatara minmək üçün yerdə xətlərlə vaqonun qapısınadək işarələr var. Düşənlər üçün ayrı, minənlər üçün ayrı. Hətta bəzi stansiyalarda qatardan öncə də platformada qapı yerləşdirilir.

Avtobuslara minmək üçün nəzərdə tutulan yerlərdə səkilər boyu dəmir dirəklər yerləşdirilir və yalnız avtobusun qapısının önündə həmin dirəklər zəncirsiz olur. Marketlərdə, alış-veriş mərkəzlərində, ümumiyyətlə, kassalarda çıxış və giriş yazılı tabelaları görə bilərsiniz… Yəni, bir şeyin qaydaya və nizama salınması üçün onun davamlı olmasına müvafiq qurumlar nəzarət edib və edir.

Lakin təkcə dövlət və qurumlardan nəsə gözləmək də düzgün deyil və birtərəfli olardı. Məsələn, qar yağanda hamı bir nəfər kimi özü onu təmizləyir. Yıxılan, əzilən də olursa da bunun günahını özündə görür. Eskalatorda solda getmək (Yaponiyada keçənlər üçün sağ tərəf saxlanılır) üçün hər gün insanlara “zəhmət olmasa solda gedin” deyilmir…

Deməyim isə o idi ki, qoruyucu maskanın (respirator) necə gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyini bilmirəm, lakin hər kəs ondan istifadə edir. Əvvəl mənə qəribə gəlirdi, düşünürdüm ki, görən insanlar kütləvi şəkildə nədən qorxur belə?! Lakin indi kim isə yanımda öskürür, burnunu “fırtıldadırsa” və mən onu maskasız görürəmsə, bundan narahat oluram :). Bəli, bəli 😀 !

Yaponiya rütubətli yerdir və bir adadır. Burada xəstəliklər yayılanda nəticəsi çox ağır olur. İnsanlar həm özlərini, həm də çevrəsindəkiləri onların haqlarına (müsəlman olmayanlar İslama əməl edir) girmədən qorumağa çalışırlar. Təbii ki, dişin şişəndə, dodağın uçuqlayanda, yetkinlik yaşında üzündə sızanaqlar əmələ gələndə də maska işə yarayır…

Maskanı gəzdirmək də asan iş deyil. Narahat edir. İsti nəfəs insanı tərlədir. Buna baxmayaraq, insanlar bir-birinin həyatına ehtiramla yanaşır və bu əziyyətə dəyər.

Əslində, bu yazını yazmaqda məqsədim həm də sosial çağırış etməkdir. Bakıda son dəfə 2009-cu ildə quş qripi epidemiyası məsələsi gündəmə gələndə maskadan istifadə etmişdim. O zaman hamının mənə qəribə davranması heç də xoş olmamışdı. Demək istəyirəm ki, maskadan qorxmaq lazım deyil. Adı üstündə, o, qorumaq üçündür. Həm bizi, həm də qarşımızdakını. Hər birimizin həyatı önəmlidir. Ona görə də, gəlin maskadan istifadə edək. Özümüz üçün 🙂 Elə digər məsələlərdə də duyarlı olaq… Yenə özümüz üçün.

Sevinc Nur © yapon.az 2016
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma