Kiotonun rəsmli xəritəsi

Təqdim olunmuş xəritə 1696-cı ildə, erkən Edo (genroku 9) dövrünün (1603–1867) əvvəllərində nəşr edilmiş şəkilli xəritəsidir.

Yaponiyada xəritələrin nəşrinə Edo dövründə, Kioto şəhərində başlanmışdır. İlk xəritəsi nəşr edilmiş şəhər də məhz Kioto olmuşdur. Kiotonun ilkin xəritələri şəhərin daxili hissələrini əhatə etsə də, sonralar nəşr edilmiş xəritələrinə Kiotonun şəhər kənarı əraziləri də əlavə edilmişdir.

Göstərilən xəritənin əsas xüsusiyyəti şəhər haqqında verilmiş məlumatın kifayət qədər dolğun olmasına rəğmən onun asan oxunula bilinməsidir. Kiotonun əvvəlki xəritələrində, yollarla ayrılmış şəhərdaxili ərazilər qara rənglə göstərilmişdi. Ancaq bu xəritədə isə ilk dəfə olaraq şəhərin daxili əraziləri boş göstərilmiş və bu da məntəqələrin, məbədlərin, ev sahiblərinin adlarının qeyd olunmasına, həmin ərazilər haqqında məlumatların əlavə edilməsinə imkan vermişdi.

Küçə adlarının verilməsi incə, detallı əl yazısı tələb etdiyindən, küçələr xüsusi simvollarla işarələnmiş, xəritənin boş yerlərində isə hər bir işarəyə müvafiq olan küçələrin adları qeyd olunmuşdu. Xəritə, həmçinin, turistlər tərəfindən bələdçi kimi də istifadə oluna bilərdi.

Şəhər kənarındakı dağlar və çaylar rəngli təsvir edilmiş və Kiyomizudera (Kiyomizu məbədi) kimi məşhur yerlər haqqında da ətraflı məlumatlar binaların şəkilli təsviri ilə birgə xəritəyə daxil edilmişdir.

Xəritənin ölçüsü böyük olduğundan (152.4 x 114.3 sm) daşınması asan deyil və mətnin istiqamətinin dəyişməsi onun müxtəlif tərəflərdən oxunmasına imkan verir. Bütün bu faktorlar xəritənin döşəmə üzərinə sərilib, istənilən istiqamətdən baxılmaq üçün nəzərdə tutulduğundan xəbər verir.

Ramin Məmmədli © yapon.az 2016
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma