Asiyaya “ən yaxın” şəhər

Kyuşu (九州 ) adasının şimal-qərbində yerləşən Fukuoka qədim dövrlərdən bu günə qədər Yaponiyanın Koreya yarımadasına və Asiya qitəsinin digər ölkələri arasında körpü rolunu oynayıb. Fukuoka 1,5 milyon əhalisi ilə Yaponiyanın altıncı böyük şəhəri olub Fukuoka kita (şimal) Kyuşu meqapolisinin bir parçasıdır. Hal-hazırda şəhərdən Asiya qitəsi ilə – Fukuoka hava limanı ilə birlikdə, Hakata limanı vasitəsilə Fukuoka və Koreya Respublikasının Pusan şəhəri arasında hava nəqliyyatı əlaqələri vardır.

Çəltik istehsalı və dəmir, bürünc əşyalarının hazırlama texnikası 2000 il öncə Koreyadan buraya gəlib çatmışdır. Kyuşu adasından ölkənin digər bölgələrinə yayılan bu texnikalar, Yaponiya mədəniyyətinin inkişafında əsas rol oynayıb.

1000 ildən əvvəl bütün Kyuşu adasını idarəçiliyi altına alan yerlilər bugünki Fukuokanın yaxınlığındakı Dazaifunu paytaxt olaraq seçmişdilər. Bu liman şəhəri XII əsrdən XVI əsrin ortalarına kimi Yaponiyanın ən zəngin ticarət mərkəzi olmuşdur. XIII əsrdə Monqol ordusu və donanmaları Yaponiyaya bu bölgədən iki dəfə hücuma keçmişdir. Ölkəni monqol işğalından qorumaq üçün Dazaifunun yaxınlığında, sahilboyu və içərilərdə inşa edilmiş qalaları bu gün də görmək mümkündür.

pict_history
Dazaifu Tenmanqu məbədi

Məsələn, Dazaifu Tenmanqu (太宰府天満宮) məbədi elm sahəsində önəmli biri kimi qəbul edilən Suqavara Miçizanenin xatirəsinə 905-ci ildə inşa olunub. Mükəmməl alim olan bu insan IX əsrdə siyasi yenilənmə hərəkatının öndə gələnlərindən biri olub. Dövrünün yüksək nüfuzlulularının xoşuna getməyən bu davranışı Dazaifunun sürgün olunmasına səbəb olur və həyatının sonuna qədər o, burada qalır. Ancaq bu gün bir çox tələbə Dazaifunu giriş imtahanlarını keçmələrində onlara kömək edən fövqəltəbii qüvvəyə malik bir qəhrəman olaraq görürlər.

pict_sugawara
Miçizane Suqavara

Hakata körfəzinə çıxışı olan şəhər Naka çayı ilə ortadan ikiyə bölünür. Nəzərinizə çatdırım ki, məşhur qədim Fukuoka qalası da 1600-cü ildə çayın qərb sahilində inşa edilib və həmin dövrün “idarəedcici orqanının” iqamətgahı olub. Hazırda qalanın yalnız qalıqları qalmaqdadır.

Yaponiyanın ilk zen məbədi olan Şofuku-ci məbədini hazırda içəridən görmək mümkün olmasa da xaricdən izləmək üçün imkan yaradılıb. Məbəd Eisai adlı bir rahib tərəfindən yaradılıb. Həmin rahib öz ilə çay bitksinin toxumlarını da gətirərək ölkədə çay əkiminin geniş vüsət almasına şərait yaradıb.

landmark51369dc60e05f
Fukuoka qalasının qalıqları. Mənbə: yokanavi.com

Nakasu adasına gəldikdə isə, burdakı Kuşi Da şinto məbədi şəhər mərkəzində olan gizli bir xəzinədir. Burada hər il Hakata Gion Yamaqasa yaz festivalı keçirilir.

Eləcə də, şəhərin ən gözəl yerlərindən olan “Canal City Hakata” “şəhər içində şəhər” adlanan böyük alış-veriş və əyləncə kompleksidir. Gəzinti zamanı qarşınıza – təxminən 250 mağaza, kafe və restoranlar, teatr, oyun mərkəzi, kinoteatr, iki otel və kompleksi “kəsib keçən” bir kanal çıxacaq.

Fukuoka şəhərinin 100 illik yubileyi münasibətilə 17 mart 1989-ci ildə tikilmiş yeni Fukuoka qülləsi 234 metr hündürlüyə malikdir. O, Yaponiyanın ən hündür dənizkənarı qalası hesab olunur.

image_18b
Fukuoka qülləsi, 234 m. 

Fukuoka artıq müasir bir şəhərdir Lakin Nakasu adası və Tencin hissəsindəki köhnə yatai adlanan “küçə kafeləri” tipli yerlər fəaliyyət göstərir. Bunlar Honq Konq, Bankok və digər Asiya şəhərlərindəki oxşarlarına bənzəyir. Burada tempura, ramen, qızardılmış gyoza makaronu və digər yeməklər verilir.

Fukuokada Yaponiyanın dördüncü beynəlxalq səviyyəli muzeyi olan Kyuşu Milli Muzeyinin də yerləşdiyini diqqətinizə çatdırmaq istərdim. Belə ki,bu muzey 2005-ci ildə açılıb və əsas məqsədi Yaponiyanın Asiyanın digər mədəniyyətləri ilə əlaqəsi sayəsində inkişaf edən özünəməxsus mədəni miraslarını tanıtmaqdır. Muzeyin yerin üst hissəsində beş və altında isə 2 mərtəbəsi var. Muzeyin dördüncü mərtəbəsində yerləşən əsas sərgi salonunda Buddist heykəlləri, farforlar, cilalı taxta işləmələr, rəsm əsərləri və ölkənin mədəni həyatını əks elətdirən eksponatlar sərgilənir. Burada siz sanki tarixə virtual səyahətdə olursunuz.

Fukuoka Şəhər Muzeyi də tarix muzeyi kimi gəzinti zamanı maraqlı ola bilər. Burada maddi eksponatlarla yanaşı çox yaxşı interaktiv eksponatlar vardır.

220px-Fukuoka_masjid_2
Fukuoka məscidi

“Fukuoka Masjid Al Nour” İslam Mərkəzi (Fukuoka məscidi) Yaponiya Kyuşu adasında ilk məsciddir. 2009-cu ildə inşa olunan məscid rəsmi olaraq 12 Aprel 2009-cu ildə fəaliyyətə başlayıb. Əsas məqsəd Fukuokada müsəlmanlara xidmət etmək idi. Burada müntəzəm olaraq gündəlik dualar, cümə namazı, bayram namazı təşkil edilir.

Materialın örtük şəkli mənbə: goldenjipangu.com
Ramin Məmmədli © yapon.az 2016
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma