Dünyanın ən uzun asma körpüsü

Əgər onu saxlayan polad telləri (diametri 5,23 mm) bir-birinə bağlasan dünyanı 7 dəfə dolamaq olar…

Akaşi Kaikyo (明石海峡大橋 – Akaşi Kaikyō Ōhaşi) körpüsü Kobe şəhəri (Honşu adası) ilə Avaci adasını bir-birinə bağlayan eyni adlı boğaz üzərində dünyanın ən uzun asma körpüsüdür. Körpünün ümumi uzunluğu 3.911 metr, ən yüksək nöqtəsi isə 282,8 metrə bərabərdir.

Körpü 3 aşırımdan ibarətdir. Orta hissənin uzunluğu 1.991 m. (6.532 ft), digər 2 hissə isə hər biri 960 m. (3.150 ft). Beləliklə, körpünün ümumi uzunluğu 3.911 m-dir. (12.831 ft).

Körpü 2 dəfə həm uzunluğu, həm də hündürlüyünə görə Ginnesin rekordlar kitabına dünyanın ən uzun asma körpüsü kimi düşmüşdür.

Akashi-Kaikyo_Bridge.svg.png

Körpünün inşasına əsas səbəb güclü qasırğa nəticəsində 2 daşıyıcı gəminin qəzaya uğraması olub. Belə ki, körpü tikilmədən əvvəl bütün daşımalar Akaşi boğazı vasitəsi ilə həyata keçirilirdi. Lakin boğazda tez-tez güclü qasırğanın baş verməsi yükdaşımaları təhlükəli edirdi. 1955-ci ildə yenə də belə bir qasırğa baş verir və 2 daşıyıcı gəmi qəzaya uğrayır. Bundan sonra Yaponiya dövləti ciddi tədbir görməyə məcbur olur.

Akaşi Kaikyo körpüsü. Vikipediya - elektron ensiklopediya.
Akaşi Kaikyo körpüsü. Vikipediya – elektron ensiklopediya.

Əvvəlcə körpü həm dəmiryolu, həm də avtomobil yolu kimi layihələndirilmişdi. 1988-ci il aprel ayında layihəyə başlandığı zaman dəyişiklik edilir və təkcə avtomobil yolu kimi inşaa edilmək qərarı alınır. Buna görə də 6 zolaqlı körpünün tikintisi 1988-ci ilin may ayında aşlamış və 10 il davam etmişdir.

1995-ci il Kobe zəlzələsi nəticəsində  adalar arasındakı məsafənin genişlənməsi ilə körpünün ümumi uzunluğu 1990 metri daha 1 metr aşmışdır.

Körpü 1998-ci il aprelin 5-də istifadəyə verilmişdir.

Akaşi Kaikyo körpüsü fəal seysmik və fırtınalar baş verən ərazidə yerləşir. Asma körpü texnalogiyasının ən son versiyasından istifadə edilməklə inşa edilib.

Körpünün qiyməti ümumilikdə, 500 mln. yen dəyərləndirlir. Körpüdən istifadə pulludur. İstifadə haqqı isə 2.300 yendir. Gün ərzində 23 000-dən çox maşın körpüdən istifadə edir.

Akaşi boğazı dünyanın ən sıx dəniz nəqliyyatına sahib (gündə 1000 gəmi) boğazıdır.

Ramin Məmmədli © yapon.az 2016

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma