“Dəyişən dünyanın təsviri”

Bu janrda hər hansı bir rəsmi görən kimi, Yaponiya haqqında az-çox məlumatı olan hər kəs bilir ki, söhbət məhz bu ölkədən gedir. Yəni, təsviri incəsənətdən baş çıxarmasa da olar. Demə üslubun adı ukiyo-e imiş.

"Tokaydo yolu, Kanayadan Fuci" (東海道金谷の不二 /Tokaydo Kanaya no Fuci) "Fuci dağının 36 (36+10) görünüşü", list 45. Katsuşika Hokusai (葛飾 北斎). Vikipediya - elektron ensiklopediya.
“Tokaydo yolu, Kanayadan Fuci” (東海道金谷の不二 /Tokaydo Kanaya no Fuci) “Fuci dağının 36 (36+10) görünüşü”, list 45. Katsuşika Hokusai (葛飾 北斎). Vikipediya – elektron ensiklopediya

Ukiyo-e (浮世絵) “dəyişən dünyanın təsviri” – Yaponiyada Edo dövründə inkişaf edən təsviri incəsənətdə istiqamətdir. Ukiyo-e hərfi tərcümədə “üzən dünya” buddist termini “kədər dünyası”nın omofonudur (fonotek omonim – eyni cür eşidilib lakin fərqli yazılan və başqa mənaları ifadə edən sözlər).

Ukiyo-e üslubunda qravür Yaponiyada ksiloqrafiya`nın (qədim yunanca ξύλον “ksilo” “ağac” deməkdir. Taxta bloklarla çap üsuludur.) əsas növüdür. İncəsənətin bu növü, Edo (müasir Tokio) şəhər mədəniyyətinin inkişafı ilə XVII əsrin II yarısında populyarlaşmağa başlayıb. XVII-XIX əsrlərdə geniş yayılan janra üstünlük verən rəssamların qravürlərinin mövzusunu əsasən gözəl qadınlar – geyşalar, kabuki, sumo güləşçiləri, tarixi hadisələr və xalq nağıllarından səhnələr, peyzaj, səyahətlər, flora və fauna, erotika təşkil edirdi. Yəni, daha çox gündəlik həyat və o dövrün ədəbiyyatında əks olunan mövzular öz əksini qravürlərdə tapırdı.

Ukiyo-e üslubu XVI əsrin sonunda urbanizasiya dalğası nəticəsində meydana çıxıb. Edo şəhərinin mərkəzə çevrilməsi ilə, burada tacirlər və kiçik sənətkarlar sinfinin yaranması müşahidə olunur. Beləliklə, onlar hekayə və ya povestlər yazır və əsərləri rəsimlərlə tərtib edirdilər. Belə kolleksiya ehon (絵本) yəni, şəkilli kitab adlanırdı. Kitablardan biri kimi 1608-ci ilə aid “İse monoqatari”ni (“İse haqqında povest”) (müəllif Honami Koetsu) nümunə göstərmək olar.

Sonralar qravürləri sərbəst şəkildə əsər kimi (kakemono (掛け物)vertikal şəkildə asılmaq üçün kağız və ya ipəkdən hazırlanan rulon) və ya kabuki teatrı üçün afişa kimi çap etməyə başladılar.

Ukiyo-e`nin banisi Hişikava Moronobu (菱川 師宣) hesab olunur.

İlk vaxtlarda qravürlər ağ-qara rənglərdə olurdu. Yalnız mürəkkəb/tuşdan istifadə edilirdi. XVIII əsrin əvvəllərindən başlayaraq bəzən qravürlər əllə kistlər vasitəsilə rənglənirdi də. Lakin Suzuki Harunobu (鈴木 春信) təsviri kağızdan əlavə, parça üstünə də sala bilmək üçün (nisiki-e (“parça şəkillər”) və ya edo-e) çoxrəngli çap texnikasını gətirdi.

Ukiyo-e kütləvi yayım imkanına və ucuz başa gəlməsinə görə, geniş auditoriyanın istifadəsinə keçdi. Demək olar ki, əsasən bahalı şəkil ala bilməyən əhali üçün nəzərdə tutulmuşdu.

1868-ci il Meici inqilabından sonra ukiyo-e tədricən dəbdən düşməyə başlayır. Bunun əksinə isə, Amerika və Avropada ukiyo-e qravürləri məşhurlaşmağa başlayır. Yapon qravürləri kubizm, impressionizm üslubunda işləyən rəssamların, eləcə də, postimpressionistlərin ilham qaynağına çevrilir (Vinsent Van Qoq, Klod Mone və b.). Qərb təsviri incəsənətində bu, fenomen yaponizm adlanır.

Ukiyo-e`nin janrlarını aşağıdakı kimi təsnifatlaşdırmaq olar:

  • Bicin qa (美人画 – “gözəl şəkil”) – gözəllərin təsviri;
  • Yakusya-e – məşhur teatr aktyorlarının portretləri;
  • Şunqa (春画 “bahar şəkilləri”) – erotik qravürlər (Çində yaranıb);
  • Kaço-e ( 花鳥絵), Kaço-qa (花鳥画) – “güllər və quşlar haqqında şəkillər”;
  • Fukey-qa – peyzaj;
  • Muşya-e – məşhur samurayların təsviri.
"Çay dəstgahı", Toyokuni II (Toyoşige). XıX əsr. Mənbə: spurlock.illinois.edu
“Çay dəstgahı”, Toyokuni II (Toyoşige). XıX əsr. Mənbə: spurlock.illinois.edu

Prosesin özü…

Ukiyo-e`nin yaradılması prosesində rəssam, oyan (qravüraçı) və çapçı (qrafiken) iştirak edirdi. Rəssam nazik kağız üzərində şəklin ilkin variantını hazırlayır, qravüraçı isə onu üzü şümşad, albalı, armud ağacından əldə edilən taxta lövhə üzərinə olmaq şərtilə yapışdıraraq, kağızın ağ qalan hissələrini əhatə edən yerləri kəsir və oyurdu. Beləcə ilkin çap variantı əldə edilirdi. Lazım olan rəngləri əldə etmək üçün isə, bəzən 30-dan çox çap variantı hazırlanırdı. Rəng üçün isə bitki və mineral mənşəli boyalardan istifadə olunurdu.

Linkdəki videonun yazıdan daha çox nəsə öyrədəcəyinə əminəm. Ona görə də onu izləməyi unutmayın.

Sevinc Nur © yapon.az 2015
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma