M

Mayakın altı həmişə qaranlıqdır.
Məgər qaranquşlar və sərçələr hacıleyləyin düşüncələrini bilə bilərlərmi?!
Məğlub olmaq çox vaxt qalib gəlməkdir.
Məşğul adamı xəstəlik belə dayandıra bilməz.
Məşhurların övladları nadir hallarda məşhur olurlar.
Məhşur əşyalar danışıldığı qədər də yaxşı olmurlar.
Məsuliyyət və insani göz olmayan yerdə hər şey mümkündür.
Milçəklər pis qoxusu olana uçurlar.
Min rilik* yol da ilk addımdan başlayır.
Murdar vicdanlı hər şeydən qorxar.
Mübahisədə bərkdən qışqıran qalib gəlir.
Müdrik də min dəfədən birində belə, səhv edir.
Müharibədən sonra dəbilqənin ipini bərk bağla.
Mülayimlik çox vaxt gücü qırar.

N

“Nifrət edirəm” demək – “sevirəm” deməkdir.

O

O biri dünyada min gün yaşamaqdansa, burda bir gün yaşamaq yaxşıdır.
Odunla alovu söndürməzlər.
On yaşında möcüzə, iyirmi yaşında dahi, otuz yaşdan sonra adi insan.
On min əsgər tapmaq general tapmaqdan asandır.
Ortaq bədbəxtliyi olan dostlar bir-birilərini əsirgəyirlər.
Ordusu dağılmış general döyüşlər haqda danışmasa yaxşıdır.

Ö

Ölənlərin üstünlükləri ilə rəqabət aparmaq çətindir.
Öz başını öz qılıncı ilə kəsmək.
Öz iti tərəfindən dişlənilmək.
Öz istəyinlə səyahətə çıxmısansa, min rilik yol belə bir kimi görünəcək.
Öz keçəlini üç ildir görmür.
Özgə əzaba üç il də dözmək olar.
Öz səhvin – öz qayğın.
Özün haqda başqalarından soruş.
Özünə ədalətli olan digərlərinə qarşı ciddi olar, mərhəmətlə.
Özünə hörmət eləmirsənsə, başqaları da sənə hörmət etməyəcəklər.

P

Pərvanə belə bütöv həyat yaşayır.
Pis adamın dostu olmaqdansa, yaxşı adamın düşməni omlaq yaxşıdır.
Pis sənətkardan mükəmməl güldan çıxmaz.
Pişiyə qurudulmuş tunesi həvalə etmək. (Qurda quzunu tapşırmaq.)
Pişiyi də üç il yedizdirsən, heç vaxt unutmaz.
Pişiyin pula ehtiyacı olduğu qədər ehtiyacım var.
Porsuqlar eyni yuvadandırlar.
Porblemi həll etmək mümkündürsə, ona görə narahat olmağa dəyməz, əgər həll etmək mümkün deyilsə, onda ona görə narahat olmaq mənasızdır.
Pul bitər, sevgi də bitər.
Pul, pul gətirər.
Pulun sayəsində axmaq da ağadır.


*Ri — yapon ölçü vahidi. 1891-ci il İmperator qanununa əsasən 1 ri = 3927 km-dir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.