Atalar sözü və məsəlləri

Yapon atalar sözü və msəllərindən seçmələr

Əyri yolla qazanılmış var-dövlət və ad-san bulud kimi yox olub gedir.

Xeyirxahlığı kindən tez unutma.

İnsanların qüssələndiyi yerdə, sən də qüssələn.

Məsuliyyət və insani göz olmayan yerdə hər şey mümkündür.

Gücün haqlı olduğu yerdə, haqqın gücü olmaz.

Suehiro Maruo, "Qanlı ukiyo-e"dən (1866-1988).
Suehiro Maruo, “Qanlı ukiyo-e”dən (1866-1988).

Pişiyi də üç il yedizdirsən, heç vaxt unutmaz.

Gizli edilən xeyirxahlıq hamıya aşkar mükafatlandırılar.

Xeyir işi gecikdirmə.

Şər xeyirə qalib gələ bilməz.

Xeyir də, şər də sənin qəlbindədir.


Əxlaqsızlığın ən böyüyü pozğunluqdur, xeyirxahlığın ən böyüyü oğul borcudur.

Mülayimlik çox vaxt gücü qırar.

Böyük satqınlıq sadiqliyə bənzəyir.

Yalanın ayağı olmasa da, qalmaqallı qanadları var.

Çoxlu il — çoxlu kin.

Milçəklər pis qoxusu olana uçurlar.

Əcinələr məbədin qarşısında yaşayırlar.

Avara boşboğaz olar.

Uşağı ərköyünləşdirmək, onu atmaq kimidir.

Porsuqlar eyni yuvadandırlar.


Qüsursuzda yeddi pis vərdiş olur, qüsurluda qırx səkkiz.

Adi insanlar olmadan dahilər də olmur.

Ağ dəri kifirliyi gizlədir.

Ukiyo-e. Gözəl qadınlar. Mənbə: buzzle.com
“Gözel qadınlar”. Ukio-e. Menbe: buzzle.com

İnsafsız uşaqlar ata evini söyərlər.

Ağıllının yanında uşaqlar öyrənmədən də oxuya bilirlər.

Ruhən yaxın olanları həmişə bir-birinə çəkir.

Varlı külqabı kimidir: nə qədər dolu olsa, o qədər də çirkli olar.

Eyni xəstəlikdən əziyyət çəkənlər bir-birilərinə rəğbət bəsləyirlər.

Böyük istedad gec yetişir.

Üç günlük bonza[1].


Başqasının fundosisində[2] mübarizə aparmaq.

Bülbüllərin onun üçün oxuduğu vaxtlar da olub.

İblisin dəmir dirəyi olmaq.

“Arvaddan qorxmaq” xəstəliyinə tutulmaq.

Öz iti tərəfindən dişlənilmək.

On yaşında möcüzə, iyirmi yaşında dahi, otuz yaşdan sonra adi insan.

Axşam sərxoş, səhər tənbəl.

Zahirən ilahə, daxilən ifritə.

Bütöv məhəllədə ancaq əri xəbərsizdir.

Yolda cığırdaş, həyatda isə dost lazımdır.


Atın dözümlüyü yolda, insanın xasiyyəti zamanla bilinər.

Falçı öz gələcəyini bilmir.

Ordusu dağılmış general döyüşlər haqda danışmasa yaxşıdır.

Məşhurların övladları nadir hallarda məşhur olurlar.

Axmaqlar üçün dərman yoxdur.

Ortaq bədbəxtliyi olan dostlar bir-birilərini əsirgəyirlər.

Axmaqlar kütlə ilə gəzərlər.

Qadın istəsə, qayanın içindən də keçər.

Həddindən artıq təvazökarlığın arxasında qürur dayanır.

Məşğul adamı xəstəlik belə dayandıra bilməz.


İrəli gedən digərlərini də aparar.

Daş da danışa bilər.

Konfusiyin[4] də həmişə bəxti gətirməyib ki.

Müdrik də min dəfədən birində belə, səhv edir.

Axmaqdan da xeyir olur.

Həddindən artıq nəzakət yaltaqlığa çevrilir.

Şirin bir şey axtarır, lakin kökə rəfdədir.

Üç yaşında qəlbi necədirsə, yüz yaşında da elədir.

Pul bitər, sevgi də bitər.

Üzə bilən bata da bilər.


Şərab içən onun ziyanı haqda bilmir, içməyən xeyiri haqda.

Top atəşində doğulan güllə səsindən qorxmaz.

Üç gün dilənən heç vaxt tərgitməz.

Xəcalət hiss edən, məsuliyyət də hiss edir.

Tacir tacirin düşmənidir.

On min əsgər tapmaq general tapmaqdan asandır.

Atı yolda, insanı ünsiyyətdə tanıyarlar.

Pis adamın dostu olmaqdansa, yaxşı adamın düşməni omlaq yaxşıdır.

Qaranlıqda, uzaqdan və ya kağız çətir altında istənilən qadın gözəldir.

Çay bulandırmağı sevir.


Başları böyük olanlar uğurludurlar.

Budda məbədində yaşayan oğlan, öyrənmədən sutraları[5] oxuyur.

Dəmir odda, insan təqsirdə sınanır.

Elə bir şey olmayıb ki, çılpaq nəsə itirsin.

Qadın sənə 7 uşaq bəxş etsə də, ürəyini ona açma.

Göy susur, onun yerinə insanlar danışır.

İçməyən bilməz suyun sərxoşedici dadını.

Axmaqdan təhlükəli düşmən yoxdur.

Axmaqdan qorxulu heç nə yoxdur.

Heç kim çarpayıda uzanaraq büdrəmir.


Özün haqda başqalarından soruş.

İtin biri hürər, digərləri ciddiyə alıb qoşularlar.

Heç öz başından milçəyi qova bilmir.

Dinməzlərdən çəkin.

Qidaya olan ehtiyac sevgidən güclüdür.

Əşya və kölgə bir-birilərinə rəğbət bəsləyirlər.

Yeni işçinin çalışqanlığı iyirmi günə bəs edər.

Bədbəxtlik gəldi, özünə güvən.

Düz adam düz bambuk kimidir, az rast gəlinər.

Quş daha yüksəyi, balıq daha dərini axtarar.


Boş çəllək bərk səs çıxarır.

Qoy tərifləməsinlər, təki söyməsinlər.

Məgər qaranquşlar və sərçələr hacıleyləyin düşüncələrini bilə bilərlərmi?!

Günorta doğulan uşaq atasına, gecə doğulan uşaq anasına oxşayar.

Dahilərin sözləri yoxsullar üçün deyil.

Sözləri Budda kəlməsi, qəlbi ilan qəlbi.

Valideynləri əziyyət çəkir, övladları keyf edirlər, nəvələri dilənirlər.

Pulun sayəsində axmaq da ağadır.

Dinməzlərlə qulağını yaxşı aç.

Özünə hörmət eləmirsənsə, başqaları da sənə hörmət etməyəcəklər.


Samuray yeməsə də, diş çöpü ilə dişlərini qurdalayır.

Öz keçəlini üç ildir görmür.

Özünə ədalətli olan digərlərinə qarşı ciddi olar, mərhəmətlə.

Qarnı tox, əynində paltar, deməli həm də nəzakətlidir.

İstedadlı adam az yaşayar.

Həmişə gülən adamın qəlbində nə olduğunu demək çətindir .

Ölənlərin üstünlükləri ilə rəqabət aparmaq çətindir.

Şən xasiyyəti olan dəmirin içindən də keçə bilər.

Axmaq və dəlilərə yol ver.

İnsanın xarici görünüşü aldadıcı olur.


Yayın yaxşı olması, onu çəkən əldən asılıdır.

Yaxşı üzgüçülər adətən batırlar.

Yaxşı tacir bütöv malı birdəfəliyinə qoymur.

İnsan qəbirdə, ondan sonra dünyaya həqiqət.

Murdar vicdanlı hər şeydən qorxar.

İnsan sevdiyi işi yaxşı görər.

Yumurta kvadrat, küçə qadını səmimi olmaz.

Danışmayan bilir, danışan bilmir.

Əlində fənər tutanın ayağının altı həmişə qaranlıqdır.

İrəli çıxanı vurarlar.


Sevimi övladını uzaq səyahətə göndər.

Qazların hündürdə uçmasından hətta tısbağalar da ayaqlarını döyürlər.

Pişiyə qurudulmuş tunesi həvalə etmək. (Qurda quzunu tapşırmaq.)

Güclü qırğı caynaqlarını gizlədir.

Almazı cilalandırmasan, qiymətli daş kimi parıldamaz. (Dəmiri isti-isti döyərlər.)

Yemiş gövdəsində badımcan bitməz.

Körpüsüz keçmək olmaz.

Əşya olmasa, kölgə də olmaz.

Çətiri islanmadan əvvəl götür.

Axar suda rəqəm yazmaqdan faydasız heç nə yoxdur.


Qızılın parıltısı Buddadan çox olar.

Kağız fənərə mis zəng.

Elə olur ki, kağız batır, daş üzür.

Tanrı vicdanlı qəlbdə olur.

Gülüş olan evə xoşbəxtlik gələr.

Bolluqda dərman da zəhərdir.

Külək əsir, lakin dağlar tərpənmir.

Tez qızan, tez soyuyar.

Mübahisədə bərkdən qışqıran qalib gəlir.

Külək və albalı çiçəyi yaxın dost ola bilməzlər.


Əvvəlcə qulluq, sonra dərman.

Tərbiyə mənşədən vacibdir.

Ağızda bal, qarında iynə.

Bülbüllər yüz yaşacan hoppanırlar.

Qaranlıqda it nəcisi də tapılmaz.

Çiçəklənən bir gün mütləq solacaq.

Görüş ayrılığın başlanğıcıdır.

Ağılsızlığın hakim olduğu yerdə, ağıl gizlənər.

Dərin çaylar səssiz axar.

Sənin qəzəbin — sənin düşmənin.


Min rilik[3]yol da ilk addımdan başlayır.

Pul, pul gətirər.

Dəlil mühakimədən yaxşıdır.

Odunla alovu söndürməzlər.

Başqa yerlər — başqa əşyalar.

İş sözdən daha möhkəm danışar.

Öz istəyinlə səyahətə çıxmısansa, min rilik yol belə bir kimi görünəcək.

Porblemi həll etmək mümkündürsə, ona görə narahat olmağa dəyməz, əgər həll etmək mümkün deyilsə, onda ona görə narahat olmaq mənasızdır.

Balıq istəsə, su yol verər.

Sərkərdəni öldürmək istəsən, əvvəlcə atını öldür.

"General Hideyoşinin atı" 1880. Toshihide Migita (1862-1925).
“General Hidoyaşinin atı”, Toşihide Migita, 1880

Gəmi limana girən kimi qəzaya uğradı.

Bədbəxtlik ardınca bədbəxtlik.

Bədbəxtlik tək gəlmir.

Bədbəxtlik xoşbəxtliyə çevrildi.

Böyük uğur çoxlu xırda narahatlıqlar yaradır.

Günorta yanan fənər kimi faydasız.

Birənin başını balta ilə kəsmək.

İsti keçdi, kölgə də unuduldu.

Çox yox, lakin geniş yaşa.

Sabah sabahki külək əsəcək.


Tanışlıq arxadan təpiklə başlayır.

Məhşur əşyalar danışıldığı qədər də yaxşı olmurlar.

Bəzən qaçmaq qalib gəlməkdir.

Əsl səbr o zaman olur ki, nə zamanki səbr etməyə gücün çatmır.

Pərvanə belə bütöv həyat yaşayır.

Dərk etməyə qısa yol olmur.

Axına qarşı gedən sazan (balıq) belə əjdaha ola bilər.

Bəla ötən kimi geyin-keçin.

Budaq çəkəndə küləyin nəfəsini eşitmək lazımdır.

Boşboğazlığın sonu işin başlanğıcıdır.


Yağış qurtarar, çətir unudular.

Yağın hisini yağla təmizləyərlər.

Böyük balıq göldə yaşamır.

Artıq əşya — artıq qayğı.

O biri dünyada min gün yaşamaqdansa, burda bir gün yaşamaq yaxşıdır.

Bir az əyilməyə qorxma, düz dikələrsən.

Dilənmə, əziyyət çək.

Pişiyin pula ehtiyacı olduğu qədər ehtiyacım var.

Xəyal yoxsa, məyusluq da yox.

Kölgəsiz işıq yoxdur.


Yeni şərabı yeni xəzə süz.

Bu da kiçik balıqqulağının gətirdiyi xoşbəxtlik.

Gələcək haqda danışmaq, iblisləri güldürməkdir.

Adət-ənənələr haqda mübahisə etməzlər.

Gündə üç dəfə özünə göz gəzdir.

Bir tanrı unutsa, o biri kömək edər.

Qalxmazdan əvvəl xəbər elə.

Öz başını öz qılıncı ilə kəsmək.

Tüpürcəyi geri qaytara bilməzsən.

Mayakın altı həmişə qaranlıqdır.


Düşünərək qərara gəl, qərara gəldinsə, düşünmə.

Hörmət bəslənilən məbəd darvazasından bilinər.

Bu gün üçün əlli yaxşıdır, nəinki sabah üçün yüz.

Səhər yeməyindən öncəki iş asandır.

Başqaları sevinirsə, sən də sevin.

Ən qəddar ilanı çoxlu qarışqa məğlub edə bilər.

Öz səhvin — öz qayğın.

Bacardığın hər bir şeyi et, qalanını talehə həvalə et.

Yeddi dəfə yıxıl, səkkiz dəfə qalx.

Bu gün dəbdə olan sabah yararsızdır.


“Nifrət edirəm” demək — “sevirəm” deməkdir.

Qurudulmuş sardina (balıq) ilə dişlərini xırçıldadır.

Kor ilan heç nədən qorxmaz.

Şahin kimi nökəri də yedirtmək lazımdır.

Pis sənətkardan mükəmməl güldan çıxmaz.

Rəhm insansevərliyin başlanğıcıdır.

Dedi-qodu yetmiş beş günə qədərdir.

Soruşmaq bir dəqiqəlik ayıbdır, bilməmək ömürlük.

İstedadı miras qoymurlar.

Sakit pişik tutur siçanı.


Asta gedən — çox gedər.

Üç qız — müflislik.

Əziyyəti xərclədin, yorğunluğu aldın.

Səpki kimi şöhrətpərəstliyə hamı məhkumdur.

Başqalarında hər şey yaxşı görünür.

Başqalarında güllər daha qırmızıdır.

Güzəşt etsən, udarsan.

Səhər qırmızı sifət, axşam ağ sümük.

Soyuq çay və düyü dözüləndir, lakin soyuq baxışlar və sözlər dözülməzdir.

İstəyirsən sın, lakin çat.


Qaytarmaq mümkün olmayan bir şey üçün kədərlənməyə dəyməz. (Sonrakı peşmançılıq fayda verməz.)

Özgə əzaba üç il də dözmək olar.

Qonşudakı arpa evdəki düyüdən dadlı olar.

Müharibədən sonra dəbilqənin ipini bərk bağla.

Əks tərəfin də əks tərəfi var.

Sən gələcək haqda danışanda çardaqdakı siçovullar gülürlər.

Gedənin arxasınca getmə, gələni qovma.

Qələbədə — hökümət ordusu, məğlubiyyətdə — qiyamçılar.

Səksən yaşında hətta nəhəng də cazibədardır, opis çayının ilk dəmi də ətirlidir.

Məğlub olmaq çox vaxt qalib gəlməkdir.


  • [1] Bonza — Asiya ölkələrində məbəddə əsas kahin.
  • [2] Fundosi (褌 – bel sarğısı) və ya sitaobi (下帯 – alt obisi (obi – 帯 – kəmər)) — yapon kişi alt geyimi.
  • [3] Ri — yapon ölçü vahidi. 1891-ci il İmperator qanununa əsasən 1 ri = 3927 km-dir.
  • [4] Konfusiy — e.ə. 551-479-cu illlərdə yaşamış çin mütəfəkkir və filosofu.
  • [5] Sutra — Hindistan fəlsəfi məktəbi olan yoqanın əsas mətni.
  • [6] İn — qadın başlanğıcı.
Tərcümə edən İmran Zairov
Tərtibat və redaktə S.N.
© yapon.az 2015
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma