Badımcan Çanpur`u

Nasu no Çanpuru (なすのチャンプルー) – Yaponiya mətbəxinin adəti üzrə tez ve asan hazırlanan yeməklərindən biridir. Yemək ən çox Okinava prefekturasında tanınır və demək olar ki, oranın “milli”/yerli yeməklərindəndir.

Çanpur`un bir neçə növü var. Bu dəfə badımcanlı Çanpur`un bişirilmə qaydasını təqdim edəcəyəm (なす(nasu) yapon dilində badımcan deməkdir).

      Ərzaqlar (2 nəfər üçün):

  • 1 ədəd badımcan
  • 150-200 qr. tofu
  • 2 x.q. miso pastası
  • 1.5-2 ç.q. soya sousu
  • 2 x.q. mirin
  • 2 x.q. sake
  • 1-2 x.q. şəkər tozu
  • 1 x.q. küncüt yağı (və ya zeytun yağı)

      Bişirilmə qaydası:

Badımcanı nazik yumru dilimlərə doğrayıb, duzlu suda təqribən 10 dəqiqə saxlayın. Sonra dilimlərdən suyu sıxın və ayrı bir qaba qoyun. Tavaya küncüt yağını əlavə edib qızdırın. Tava kifayət qədər qızdıqdan sonra ora badımcan dilimlərinin hər iki tərəfini yaxşı qızardın. Daha sonra tofunu əlinizlə orta dilimlərə ayırıb tavaya əlavə edin və badımcanla birgə 1-2 dəqiqə qızardın.

Bu arada, başqa boşqaba miso pastası, şəkər tozu, soya sousu, sake ve mirini əlavə edib qarışdırın. Sonda tavaya hazırladığınız sousu əlavə edin və qarışdırın. Təxminən 1-2 dəqiqə qızartmağa davam etdikdən sonra tavanın altını söndürün. Yemək hazırdır.

P.S. Bu, yemək adətən süfrəyə soba əriştəsi, düyü və ya digər yeməklərlə birgə təqdim olunur. Okinavada əksər hallarda badımcan çanpuru nincin şiri-şiri adlanan yeməklə birgə təqdim olunur.

1023215_600.gif いただきます!

Hüseyn Əskərov © yapon.az 2015
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma