“Evli qayalar” – Meoto İva

Rəsimdə gördüyünüz qayalar, yapon dilində Meoto İva (夫婦岩) qayaları və ya “Evli qayalar” adlandırılır. Bu, qayalar şimenava adlandırılan qalın iplərlə bir-birinə birləşdirilib. İplərin çəkisi ən azı bir tondur və ildə müxtəlif dini ainlər zamanı dəyişdirilir.

Qayalar Futami Okitama məbədinin (Futami Okitama Cinca (二見興玉神社)) ruhaniləri tərəfindən müqəddəsləşdirilib. Şinto dininə əsasən, İzanaqi və İzanami tanrılarının birliyinin rəmzi olan bu, qayalar, həmçinin, kişi və qadın evliliyini simvolizə edir. Təxmin etdiyiniz kimi böyük qaya kişiyə, kiçik qaya isə qadına və ya quşa (dimdiyinə görə) bənzədilir.

Qayaları görməyin ən gözəl vaxtı günəşin batdığı andır. Qayaların arasından Fuci dağını belə görmək mümkündür. Qayaları bir-birindən ayıran sular insana unudulmaz zövqü bəxş edir.

Okitama məbədinin ruhaniləri Miketsu tanrısının şərəfinə məbədə yeməklər qoyur. Məbədin kənarında isə, müxtəlif fiqurlu qurbağa heykəlləri belə var. Şinto dinində bu, yer müqəddəs hesab edilir.

Şəkil: heleninjapan
Gülşən Cabbarlı © yapon.az 2015
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma