Cizo heykəlcikləri

və ya Cizo bosatsu

Cizo bodhisattva (bosatsu) sanskrit dilində Kşitigarbha, yapon dilində isə 地蔵 adlanır. Kşitigarbha Uzaq şərqi Asiya ölkələrinin buddizmində hörmət edilən dörd əsas bodhisattva`dan (hərfi tərcümədə təmizlənmiş oyanmış şüur red.) biridir. Bütövlükdə, Kşitigarbha özündə canlı varlıqların qurtarmaq üçün verdiyi əhdi (elə gücə sahibdir) təcəssüm etdirir. Belə ki, o canlı varlıqların hər birini xilas etmədən budda olmayacağı əhdini vermişdir.

c8a01a18a56cdedccbefe8407034edbd.jpgCizo heykəlciklərini Yaponiyanın hər yerində görə bilərsiniz. Getdiyiniz zaman yol kənarlarında bu, balaca, şirin heykəlləri görsəniz təəccüblənməyin. Bəs, bu heykəllərin mahiyyəti nədir?!

Bu balaca heykəlciklər nə qədər şirin görünsələr də, insanları hüzünə boğan mənaya sahibdirlər. Yaponiyada bu, heykəlcikləri valideyinlərindən əvvəl ölən körpələrin məzarının yanına, yollara və ya məbədlərə qoyurlar. Heykəlciklər Cizo tanrısı adlandırılır və adətən hamilə qadınlar və ölən körpələrin valideynləri bu, heykələ dua edirlər. Yaponların inancına görə, Cizo tanrısı ölən körpələrin ruhunu qoruyur və onlara rahatlıq bəxş edir. Onlara təşəkkürlərini bildirmək üçün isə, heykəllərə balaca papaqlar, önlüklər toxuyub geyindirirlər.

Şəkillər: triciagosingtian.com, pinterest.com`dandır.
Gülşən Cabbarlı © yapon.az 2015
Advertisements

One thought on “Cizo heykəlcikləri

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma