Yaponiyanın Vaseda Universitetinin tələbələri ilə müzakirə

Hörmətli yaponşünaslar, yaponseverlər və yapon dilinə maraq göstərən həmvətənlər!

Diqqətinizə çatdırırıq ki, bu ayın 29-da Yaponiyanin tanınmış Universitetlərindən biri olan Vaseda Universitetindən Azərbaycana 10 nəfər tələbə və müəllim heyəti gəlir. Azərbaycana gəlməkdə məqsəd: yerli universitetlərin tələbə və müəllimləri ilə, Yaponiya və yapon dilinə maraq göstərən insanlar ilə dostluq münasibətləri qurmaq, həmçinin hər iki ölkənin mədəniyyətini qarşılıqlı şəkildə öyrənməkdir. Bu istiqamətdə müxtəlif tədbirlər nəzərdə tutulub.

Bu tədbirlərdən biri də, qarşılıqlı fikir mübadiləsi və diskussiyalardır. Bu məqsədlə Azərbaycan Dillər Universitetində, oktyabrın 30-da, cümə günü saat 14:30-dan 17:00-a qədər Birinci Diskussiya öz işinə başlayır.

Müzakirə mövzusu sərbəstdir. Tədbirdə qarşılıqlı prezentasiyalar da, təqdim olunacaq. Müzakirədə təkcə tələbələr deyil, yapon dilinə maraq göstərən hər bir şəxs iştirak edə bilər.

Əlavə məlumat üçün bildiririk ki,

İkinci müzakirə noyabrın 2-si, saat 15:00-dan 17:00-a qədər

Üçüncü müzakirə noyabrın 3-ü, saat 10:00 dan 12:00-a qədər

Dördüncü müzakirə isə noyabrın 6-sı, saat 15:00-dan 17:00-a qədər olacaq.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma