“Baymaks” (ベイマックス) kinoteatrlarda


“Böyük altılıq”
(“Big hero 6”) Uolt Disney Studiyası (Walt Disney Animation Studio) tərəfindən 3D formatında ekranlaşdırılan cizgi filmidir. Film Marvel komiks nəşriyyatının (2009-cu ildə Şirkət (Walt Disney Company) tərəfindən yaradılıb) eyniadlı personajları əsasında çəkilən ilk cizgi filmidir. Lakin ilkin mənbəsindən xeyli fərqlənir. Filmin rejissoru Kris Villiams və Don Holl`dur.

Cizgi filmi Walt Disney Pictures tərəfindən ABŞ-da 7 noyabr 2014-cü ildə kinoteatrlarda ilk dəfə tamaşaçılara təqdim olunacaq. Oktyabrın 23-də isə, Tokio Beynəlxaql Film Festivalında ilk premyerası keçiriləcək. Filmin Rusiyada premyerası 25 oktyabr 2014-cü ildə baş tutacaq.

Sujeti: 103 dəqiqılik cizgi filmində hadisələr San-Fransokio (Tokio və San-Fransisko adından) adlı utopik metropolisdə baş verir. Bura Amerika və Yaponiya mədəniyyətinin bir-birinə qaynayıb qarışdığı məkandır.

14 yaşlı “vunderkind” Hiro Hamada böyük qardaşı Tadaşi`nin ölümündən sonra qatili tapmaq məqsədilə ətrafına 6 böyük qəhrəman – “Böyük altılıq” komanda üzvlərini toplayır. Ən şən və yumuşaqürəkli robot olan Baymaksı isə, ələkeçməz döyüş maşınına çevirir.

  • Filmin janrı: macəra, ailəvi, komediya
  • Bəstəkarı: Henri Cakman
  • Filmin musiqiləri: Fall Out Boy (FOB) rok qrupu, ABŞ
  • Komiksin müəllifləri: Stiven T.Siqal və Dunkan Rulo
  • Ssenari müəllifi: Don Holl
  • IMDb: ID 2245084

Cizgi filmi əsasında Haruki Ueno`nun illüstrasiyalarına əsasən “Baymaks” (ベイマックス) adlı manqa 2014-cü ilin avqustun 20-də “Kodansha’s Magazine Special”da, proloq isə, 6 avqustda “Weekly Shōnen Magazine”də nəşr olunacaq.


Maraqlı faktlar:

  • Ola bilsin ki, Disney “Böyük altılıq” mini-serialından ilhamlanıb. Orada hadisələr Amerikada cərəyan edirdi və ilk dəfə Vasabi və Fred orada peyda olmuşdular. Elə bu san-Fransokio`nun yaranmasını izah edə bilər.
  • Fredin div paltarında qutular üzərində addımlayaraq özü haqqında film çəkməsi, onun komikslərdə divə çevrilmə və binaları əzə bilmə bacarığının olmasını göstərir.
  • Film haqqında ilk video çarxda “axtarışdadır” plakatında “Buz ürək” (“Frozen”) cizgi filminin qəhrəmanı Hansı və Bolt ilə heyvanlar üçün sığınacağın sahibini (“Bolt”, 2008) görmək olar. Hans həm də filmdə heykəl kimi meydana çıxır.
  • Cizgi filmdəki panaramada “Ralf”dakı “Usta Feliks-kiçik” oyununun reklamı görünür.
  • Bu, Alan Tyudikin səsləndirdiyi sayca üçüncü Disney cizgi filmidir.
  • Marvel komikslərinin motivləri əsasında çəkilən ilk Disney filmi olsa da logotipi göstərilmir.
  • Disneyin “Zootopiya” filmindən tülkü personajı burada telefon qabının üstündə fon şəkili kimi meydana çıxır.
Sevinc Nur © yapon.az 2015
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma