Diş həkimlərini unutduran diş məcunu

Yeni məcun ilə artıq diş kariyesini bor maşın olmadan müalicə etmək olur

Yaponiyalı alim Kazue Yamaqaşi şəxsi gigiyena sahəsində inqilabi ixtira edib. İcad etdiyi diş məcunu sayəsində artıq stomatoloqların qorxunc bor maşınlarını unutmaq mümkündür.

“The Daily Telegraph”ın yazdığına görə, həkim Yamaqaşinin icad etdiyi diş məcunu sayəsində bor maşınından istifadə etmədən dişdə olan xırda dəlik və çatlaqları tez və ağrısız şəkildə bağlamaq, həmçinin, diş minasını bərpa etmək mümkündür.

Günümüzdə dişlərdəki dəliklərin/çürüklərin yeganə müalicə üsulu plombun qoyulmasıdır. Bunun üçün həkim öncə dişin zədələnmiş nahiyəsini deşib açmalı, təmizləməli və sonra yaranmş boşluğu xüsusi maddə ilə doldurmalıdır. Bu üsulun başlıca mənfi cəhəti işin görülməsi zamanı sağlam dişin böyük bir hissəsinin dağılmasıdır. Həmçinin, pasiyent də prosedur zamanı kifayət qədər xoşagəlməz hisslər keçirir.

Yamaqaşi həkimin məcunu isə bu problemi həll edir. Tərkibinə görə o, diş minası ilə oxşardır və onu bilavasitə dişdə olan çatın üzərinə çəkmək olar. Mina dişin əsas komponenti olan hidroksil apatitlə aparılan təcrübələr nəticəsində alınmışdır. Öncə maddənin tərkibində olan turşu çatlamış mina səthi yüngülvarı bir növ əridir. 3 dəqiqədən sonra məcun kristallaşır və alınmış süni material möhkəm bir şəkildə mina qatının təbii strukturunun içərisinə pərkim olunur. Bununla yanaşı, məcun güclü antibakterial təsirə malikdir.

Yaponiyalı stomatoloqlar tərəfindən aparılan testlər möcüzəli diş məcunu ilə sağaldılmış dişin sağlam dişdən heç nə ilə fərqlənmədiyini göstərir. Fərq hətta mikroskop altında belə görünmür.

Mənbə: newsru.com
Nazilə Ələkbərova © yapon.az 2015
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma