Yaponların həyatlarında heyvanların nə qədər mühüm rol oynadığını bilirik. Son zamanlar Yaponiyada davranışı ilə diqqət çəkən Takaşiyama parkının meymunu yaponların yeni ulduzudur. 4 gün əvvəl doğulan meymuna yaponlar Keyt Midlton (Kate Middleton) və şəhzadə Villiamın (William) cari ilin mayın 2-də doğulan uşaqlarının adı ilə eyni – “Charlotte” (Şarlotta) qoydular. Bütün hadisələr elə bundan sonra başladı. Bundan xəbərdar olan İngiltərə kral ailəsi ayağa qalxdı. Kraliça 2-ci Elizabet (Elizabeth) başda olmaqla, ailənin digər üzvləri Yaponiyaya sərt cavab verdi. Meymunun adının dərhal dəyişdirilməsini tələb edən kral ailəsinin istəyi isə ürəklərində qaldı.Takaşiyama doğulan heyvanların adlarının səs çoxluğul ilə qoyulduğundan yaponlar bu, tələbə fikir belə vermədilər.

Takaşiyama parkının idarə heyəti isə tələblərə belə cavab verdi: “Meymun Şarlotta çox şirindir. Bu əsla təhqir hesab edilməməlidir. Meymunun adı dəyişdirilməyəcək!”.

İngiltərənin baş naziri Kameronun Şinzo Abeyə zəng edəcəyini və bu məsələ ilə bağlı kömək istəyəcəyini deyən mənbələr də var.

Gülşən Cabbarlı © yapon.az 2015

Leave a Reply

%d bloggers like this: