Tanış olun! Yeni stansiya rəhbəri Nitama

Bütün dünyada stansiya rəhbəri kimi tanınan Tama pişiyindən sonra yeni rəhbər Nitama pişiyi seçildi

qe7od1y.jpgSəkkiz il Kişi qatar stansiyasına rəhbərlik edən, xüsusi papağı və geyimi ilə sərnişinləri qarşılayan Tama pişiyi 22 iyunda 16 yaşında ürək çatışmazlığından vəfat etdi.

Şinto dininin qaydalarına əsasən keçiriən yas mərasimində ona “əbədiyyətə qədər stansiya rəhbəri” titulu verilməklə yanaşı, eyni zamanda, o, “tanrı” statusuna yüksəldi. Şinto dinində tanrı statusuna məxsus olan heyvanlar da var. Tama pişiyinin şərəfinə məbəd tikiləcək.

Mərasimdə çıxışı zamanı Vakayama Elektrik Dəmiryolu Şirkətinin başçısı Mitsunobu Kocima Tama pişiyinin bölgəyə turist cəlb etməklə şirkəti batmaqdan xilas etdiyinə görə dərin minnətdarlığını bildirib.

Bu gün keçirilən xüsusi təltifetmə mərasimində, Tama pişiyinin köməkçisi Nitama pişiyi yeni rəhbər olaraq seçilib. Dünyanın bir çox ölkəsindən mərasim üçün gələn qonaqlar Nitama pişiyi ilə tanış olduqları üçün məmnunluqlarını bildiriblər.

Kişi stansiyası Nitama pişiyinin də işində Tama pişik qədər uğur qazanacağına inanır. Yaxın zamanda Tama pişik kimi Nitama pişiyinin də işçi heyətinin olacağı vurğulanıb.

Gülşən Cabbarlı © yapon.az 2015
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma