Yakisoba (焼きそば)

20-ci əsrin əvvəllərində Çindən mənimsənilən bu yemək növü hazırda Yaponiyada ən sevilən yeməklərdən biridir. Yeməyin əsas ərzağı qarabaşaq yarmasından hazırlanmış əriştə olmasına baxmayaraq (məşhur yaşıl vermeşillərin rəngi məhz yaşıl qarabaşağa görədir red.), çox vaxt onu buğdadan hazırlanmış (Çin mətbəxi ~ tyuka-soba/中華そば) əriştə ilə əvəz edirlər.

Adətən əriştəni xırda və nazik doğranmış donuz əti, Çin kələmi və müxtəlif tərəvəzlərlə birgə qızardıb süfrəyə təqdim edirlər. Donuz ətinin əvəzinə mal və ya toyuq əti də istifadə oluna bilər. Bugünki reseptdə donuz ətinin əvəzinə mal əti istifadə olunacaq. Son zamanlar yakisobanı Yaponiyanın mağazalarında hazır qablaşdırılmış şəkildə də almaq olar.

           Ərzaqlar (1 nəfər üçün):

  • 150-200 qr. yakisoba əriştəsi
  • 100 qr nazik doğranmış mal əti
  • 1 ç.q. sake və ya mirin
  • 1 Çin kələminin yarpağı
  • Uzun göy soğanın 1/2 hissəsi
  • 1 baş sarımsaq
  • 20 qr kök
  • 1 çay qaşığı küncüt yağı

          Sous üçün lazım olan ərzaqlar:

  • 1 xörək qaşığı istridyə sousu
  • 1-2 ç.q. soya sousu
  • Yarım x.q. sake və ya mirin
  • Duz, istiot

avatar onion (108) Yeməyin hazırlanmasında istifadə olunan ərzaq adlarının izahı:

İstridyə sousu – Çin mətbəxində istifadə olunan istridyə ətindən (dəniz ilbizi) hazırlanan souzdur. Böyük marketlər və Yaponiyanın yemək ərzaqlarının satışı ilə məşğul olan mağazalardan əldə etmək olar.

         Bişirilmə qaydası:

Öncə kökü nazik uzun dilimlərə doğrayırsınız. Sonra uzun göy soğanın ağ hissəsini diaqonal şəkildə, kələmi isə uzun nazik və ya dördbucaq orta hissələrə ayıraraq doğrayırsınız. Sarımsağı xırda-xırda doğrayırsınız.

Ayrı bir qabda yakisoba souzunu hazırlayırsınız. Bunun üçün istridyə souzu, soya souzu və sakeni yaxşıca qarışdırırsınız.

Böyük bir tavanın bir hissəsinə hazır bişmiş yakisoba əriştəsini əlavə edirsiniz digər hissəsinə isə mal əti və sarımsağı əlavə edib qızardırsınız. Ətin rəngi dəyişən kimi, tavaya tərəvəzləri əlavə edib qızartmağa davam edin. 3-4 dəqiqə qızartdıqdan sonra əriştə və digər ərzaqları artıq birləşdirib üzərinə hazırladığımız souzu əlavə edib 2-3 dəqiqə qızartmağa davam edin. 2-3 dəqiqə keçdikdən sonra yakisoba artıq hazırdır. Süfrəyə təqdim edərkən yeməyin üzərinə nazik uzun formada doğranılmış nori yosunları səpə bilərsiniz.

1023215_600.gif いただきます!

Hüseyn Əskərov © yapon.az 2015
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma