***

Yoşihide adətən kiminsə onun işinə burnunu soxmasına göz yuma bilmirdi. Ona görə də ilana acıqlanmışdı. Lakin bütün bu baş verənlər barəsində bir kəlmə belə tələbələrinə danışmağı sevməzdi. Otağında, iş masasının üzərində həmişə qəribə nəsə; qurd, rəngli kürəciklər, tiyan kimi əşyalar olardı. İş bitdikdən sonra onları hara gizlədərdisə heç kimin xəbəri olmazdı.

Ona görə də tələbə düşündü ki, bu qəribə quş ustaya “cəhənnəm iztirabları”nı çəkmək üçün lazım idi və ustasından heç nə olmamış kimi soruşdu:
– Sizə nə lazımdır?
Yoşihide dişlərini yalaya-yalaya başı ilə quşu göstərdi.
– Bir bax, əsl ələöyrədilmiş quşdur.
– Nə quşudur? Ömrümdə rastlamamışam! – tələbə pişiyəbənzər quşa diqqətlə baxmağa başladı.
– Nəyə rast gəlməyibsən? – Yoşihide qımışdı. – Şəhər mühitində bəslənib, pis də elə burasıdır da… Bu quşa yapalaq deyirlər (yapalaq – zoologiyada quş növüdür), bir neçə gün bundan qabaq ovçu dostum Kuramadan (Kurama- Yaponiyada dağ adıdır) mənə hədiyyə gətirmişdi. Ancaq əl quşudur bu, nadir halda beləsinə rast gəlinir.

Elə bu anda quş bükülmüş caynaqlarını açaraq stolun üstündən hoppanıb tələbənin üzərinə hücum çəkdi. Tələbə əli ilə üzünü tutmasaydı, çox güman ki, quş onun sifətini cırmaqlayıb dağıdardı. O, qorxusundan qolunu yelləyirdi ki, quş əl çəksin, lakin həyasızlaşmış quş dimdiyi ilə tələbənin üzünü didməyə çalışırdı. Tələbənin bu anda usta vecinə deyildi, otağın içində gah o tərəfə, gah bu tərəfə qaçaraq yaxasını quşun caynağından qurtarmağa çalışırdı. Quş isə bütün var-gücüylə ona tərəf hücuma keçir və nə olursa olsun, onun gözünə dimdiyini batırmaq istəyirdi. Quş qanadlarını açıb pırıldatdıqca qanadlarından heç bir dağ gülünün, çiçəyinin, meyvəsinin, qurumuş yarpaqların ətirli qoxusu gəlmirdi, əksinə, ətrafa çox üfunətli bir iy yayılırdı. Tələbənin ürəyi ağzına gəlmişdi, ustanın otağı ona iblislərin mühasirəyə aldığı dərin dağ dərəsini, lampa işığı isə ayın tutqun parıltısını xatırladırdı.

Tələbəni ən çox qorxudan quşun hərəkətləri deyil, Yoşihidenin sifəti qız üzünə oxşayan tələbənin düşdüyü bu mənzərəni soyuqqanlı şəkildə izləyərək rəsm çəkməsi idi. Tələbəyə bir dəfə nəzər salmaq kifayət edərdi ki, onun baxışlarındakı xilas edilmək yalvarışını görəsiniz.

One comment

  1. Geri izləmə: Akutaqava Ryunoske

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.