***

Bu vəziyyətdə tələbə, sanki, yerə düşüb çiliklənmiş sake (sake- düyüdən hazırlanmış şərab) şüşəsini xatırladırdı. Əli və qolu möhkəm burulduğu üçün təkcə başını tərpədə bilirdi. Həmçinin, zəncirlə elə sıx bağlanmışdı ki, bütün qanı donmuş, həmçinin, sinəsi və bədəni qapqara qaralmışdı. Yoşihide isə qətiyyən narahat deyildi. O, yerə düşüb çiliklənmiş şüşəni xatırladan tələbəni bütün kənarlardan müşahidə edərək onun eskizini yaradırdı. Mənə elə gəlir ki, həmin tələbə barəsində bu qədər danışmaq kifayətdir.

Xoşbəxtlikdən qəfil baş verən bir hadisə vəziyyəti dəyişdi. Otağın küncündəki dibçək yerə aşdı və içində yağa bənzər maye şırnaq açıb axmağa başladı. Əvvəlcə yapışqan kimi yavaş axan maye birdən sürətlə tələbənin üzərinə doğru hərəkət etdi. Özünü itirən oğlan: İlan, ilan! – deyə inildədi. Tələbənin danışığına əsasən, onun qorxudan qanı donubmuş. İlan az qala soyuq dilini tələbənin zəncirlənmiş bədəninə toxundurmaq istəyib.

Qəfildən çıxan maneə heç nəyə həssaslıqla yanaşmayan Yoşihideni də qorxutdu. O ilanın üstünə qaçaraq onun quyruğundan yapışdı və onu başı aşağı salladı. İlan nə qədər aşağıdan yuxarıya fırlanmağa başlasa da, onun əlinə dəyə bilmədi.

– Sənə görə şəkil də məhv oldu. – Xırıltılı və acıqlı səslə Yoşihide şikayətlənməyə başladı və əlindəki ilanı dibçəyə tərəf fırlatdı. Daha sonra tələbəni zəncirdən xilas etdi.

Hətta deyə bilərəm ki, Yoşihide ilanın tələbəni vura biləcəyinə görə deyil, şəklin məhv olmasına görə dilxorçuluq keçirdi. Sonra aydın oldu ki, Yoşihide ilanı evdə qəsdən saxlayırmış ki, şəkil çəkəndə ondan da istifadə etsin. Buna bənzər hadisələr tez-tez təkrarlanırdı. “Cəhənnəm iztirabları” rəsmi az qalsın başqa bir 13-14 yaşlarında tələbənin də ölümünə bais olacaqdı. Bu tələbənin dərisi qadın dərisi kimi ağappaq idi. Bir gün, axşamçağı Yoşihide onu da öz otağına çağırdı və heç nədən şübhələnməyən tələbə otağa daxil olanda ustanın əlində quşa bənzər varlıq gördü. Yoşihide lampa işığında çiy ətlə onu yedizdirirdi. O, təxminən pişik boyda olardı. Kənarlardan qulağa bənzər çıxıntıları və yumru, iri gözləri də pişiyi xatırladırdı.

One comment

  1. Geri izləmə: Akutaqava Ryunoske

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.