***

Xasiyyətinə gəldikdə isə, o, xəsis, vicdansız, tənbəl, acgöz, hər şeydən öncə, təkəbbürlü və dikbaş adam idi. Çünki o, ölkədə ən yaxşı rəssam idi və bu cəhəti təpədən-dırnağa qədər onda müşahidə olunurdu. Deyək ki, çəkdiyi rəsm əsərlərinə görə o, belə idi, amma başqa şeylərdə kiməsə güzəştə getmək, onu özündən irəliyə buraxmaq fikrində də deyildi, yeri gəlsə, adətlərin üzərindən xətt çəkməyə hazır idi.

Yoşihidenin köhnə tələbələrindən biri danışırdı ki, bir gün məşhur xanımlardan biri – Hiqaki adlı rahibənin evinə ruh girir və qadın qorxunc səslə danışmağa başlayır. Yoşihide bu hadisədən heç təsirlənməyərək sakitcə fırçasını götürüb, qadının qorxunc sifətini çəkməyə başlayır. Ola bilsin, ruhun evə soxulması həmin qadının gözlərində əks olunmuşdu…

Yoşihide hətta budda Kissetenin (sanskrit yazılarına görə, Kisseten – “Xoşbəxt əlamətlər ilahəsi” heab olunur, başında mirvaridən tacı və lələkli paltarda təsvir olunan bu qadın budda sağ əli ilə diləkləri yerinə yetirir) simasını çox adi təsvir etmişdi, bundan başqa, budda Fudo-samanı (Fudo-sama “beş müdriklik hökmdarları”ndan biridir, günahkarları cəzalandıran, əlində qılınc, alovun ortasında oturmuş şəkildə təsvir olunur) o qədər adi təsvir edir ki, kənardan baxanda onu buddadan daha çox qudurğan-fırıldaqçı obrazını canlandıran birisinə bənzətmək olardı və buna görə başqaları Yoşihideni təqsirləndirəndə onun cavab reaksiyası fit çalmaq olurdu. Bəs Yoşihidenin təsvirini yaratdığı həmin buddalar, tanrılar onu nəyə görə cəzalandırmalı idilər? Çox qəribədir, heç bir cavab verə bilmirəm. Bu cür cavablarla üzbəüz qalan və öz gələcək taleyindən narahat olan tələbələr də senseylə başladıqları işi (sensey- yaponca başbilən, müəllim, ustad anlamındadır) yarımçıq qoyub ondan uzaqlaşırdılar. Vəziyyətin belə olmasından narahat olmayan Yoşihide isə özünü zəmanəsinin ən parlaq adamı hesab edirdi və özü haqqında – yer üzündə ikinci belə adam tapılmaz- düşüncəsində idi.

İncəsənətdə Yoşihidenin hansı yeri qazandığını demək çətindir, lakin düzünə qalsa, onun təsvir etdiyi rəsmlər həm rəng çalarlarına, həm də mənzərəsinə görə başqa rəssamlarınkından fərqlənirdi və buna görə sənət yoldaşları onu “şarlatan” adlandırırdılar. Onların sözlərinə görə, Kavanarinin və Kanaokanın (Kudara-no Kavanari, (782 – 853-cü illər), Kose-no Kanaoka (IX əsrin sonları) dövrünün tanınmış rəssamları) rəsmləri haqqında danışanda o qədər heyranlıqla təsvir edirdilər ki, sanki, qapının təsvir çəkilmiş taylarından gavalı ağaclarının ətri aylı gecələrdə aləmə yayılır, eləcə də, saraydakı şirma üzərində çəkilmiş rəsmlərdən fleytada çalınan musiqinin səsi duyulurdu…

Yoşihidenin rəsmləri haqqında danışanda isə nədənsə qəribə və tükürpədici şeylər ağla gəlirdi. Misal üçün, Yoşihidenin “həyat və ölümün dövretmə”si təsvirini (budda məbədində divar naxışları ilə təsvir edilmiş rəsmdə əsas məqsəd nirvanaya- yəni budda məzhəbinə görə ruhun dünyadakı əzab və əziyyətdən xilas olaraq səadətə qovuşmasına can atmağını təsvir etmək idi) yaratdığı Ryuqayci məbədinin darvazalarından keçərkən gecə saatlarında tanrıların və mələklərin iniltisi, ağlaşma səsləri eşidilərmiş. Bundan başqa, orada çürümüş cəsədlərin üfunətli qoxusunu hiss edənlər də az deyildi. Əlahəzrətin sifarişi ilə çəkilmiş qadınların rəsmlərindən heç danışmıram… Üstündən heç üç il keçməmiş, həmin təsvirdəki qadınların bir çoxu xəstəlikdən əziyyət çəkirdilər, bəziləri də ölümlə üzləşirdilər. Deyilənlərə inansaq, belə nəticəyə gəlmək olar ki, Yoşihidenin rəsmlərində sehrqarışıq nəsə var.

Yoşihidenin xarakterinə yönəlik desək, baş verənlərin hamısı onun ürəyincə idi, çünki o, özünü təkrarolunmaz hesab etdiyi üçün rəsmləri ilə fəxr edirdi. Bir dəfə əlahəzrət zarafatyana ona: – “Sən, deyəsən, eybəcərlikləri daha çox sevirsən”, o isə yaşına yaraşmayan qırmızı dodaqlarını büzərək özündənrazı şəkildə: “Bütün bu səthi düşünən rəssamların eybəcərliyin mətndəki gözəlliyi anlamağa gücləri çatmaz!” deyir. Lap ölkədə yeganə yaxşı rəssam ol, amma heç kim sənə o icazəni verməyib ki, əlahəzrətin qarşısında bu qədər lovğalanasan… Havayı yerə bir az əvvəl haqqında danışdığım şagird ona “Tiraeycu” ləqəbini qoymamışdı. Yəqin ki, bilirsiniz, Çindən bizim ölkəyə qədim zamanlarda gəlmiş şeytanı Tiraeycu adlandırırdılar.

Heç kimi və heç nəyi saymayan Yoşihidenin insan oğluna məxsus belə bir duyğusu var idi…

One comment

  1. Geri izləmə: Akutaqava Ryunoske

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.