***

Çox qəribədir, həmin vaxtdan bu yana, heç kim bir dəfə də olsun, meymunu incitməmişdi. Əksinə, hamı onu əzizləməyə başlamışdı, hətta gənc ağanın özü də hərdən meymunun qabağına şabalıd, ərik qaysısı atardı.

Bir dəfə qulluqçulardan biri meymuna təpik vuranda gənc ağa bundan qəzəblənir və deyirlər ki, tezliklə əlahəzrət özü hadisədən xəbər tutaraq Yoşihidenin qızına meymunla birlikdə onun hüzuruna gəlməyi buyurur. Yeri gəlmişkən, qızın bu meymunu niyə bu qədər çox sevməsini də əlahəzrət eşitmişdi.

– Qızım, sən yaxşı qızsan.

Qız əlahəzrətdən hədiyyə olaraq akome (qadınlar üçün nəzərdə tutulmuş, yüngül üst geyimi) aldı. Meymun akomeni əlinə alıb, özünü elə apardı ki, guya, əlahəzrətin hədiyyəsini nəzərdən keçirir. Bu, əlahəzrəti çox əyləndirdi. Əlahəzrət meymunla bağlı hadisədən sonra Yoşihidenin qızının atasına olan məhəbbətini təqdir etmiş və bu, onun xoşuna gəlmişdi. Doğrusunu desək, heç bir şayiə səbəbsiz deyil, amma bu haqda tələsmədən, gələn dəfə danışacağam. Onu da deyim ki, əlahəzrətin qarşısındakı qadın nə qədər gözəl olur-olsun hansısa rəssamın qızında gözü qalacaq adam deyildi.

Beləcə, Yoşihidenin fərasətli qızı əlahəzrətin yanından ayrılandan sonra özünü elə apardı ki, başqa saray xidmətçilərinin ona paxıllığı tutmasın. O hadisədən sonra qızı daha da çox tərifləməyə başladılar, demək olar ki, həmişə gənc xanım gəzməyə gedəndə yanında o qız olurdı.

Yaxşı, indi də bir qədər qızın atası Yoşihide haqqında danışım… Yoşihideni yenə də heç kim sevmirdi və arxasınca onu – Saruhide – deyə çağırırdılar. Bu təkcə saray üçün xarakterik deyildi. Yoşihidenin adı gələndə keşiş Yokoqava atanın da üz cizgiləri dəyişirdi, elə bil, şeytanın adını eşidirdi, hətta ona nifrət etdiyini də gizlətmirdi. Deyirlər, guya, buna səbəb Yoşihidenin rəsmlərdə keşişi cürbəcür obrazlara salması imiş, amma bu nə qədər həqiqətə uyğundur, deyə bilmərəm. Hər halda, harda onu xəbər alsan, haqqında yaxşı şeylər danışmazdılar. Yalnız rəssamın iki-üç tanışı onun haqqında pis fikirdə deyildi. Bir də onun tablolarını görüb özünü isə tanımayan adamlar danışmazdılar. Yoşihide nəinki xarici görünüşünə görə iyrənc adama oxşayırdı, həm də dözülməz xasiyyəti var idi. Bütün bunlara rəğmən, demək olmaz ki, Yoşihide ona qarşı olan münasibətə tamamilə layiq idi.

One comment

  1. Geri izləmə: Akutaqava Ryunoske

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.