***

Bu hadisə gecə baş verdi. Əlahəzrət öz sözünə sadiq qalaraq Yoşihideyə karetin necə yandığını göstərdi. Əlbəttə, bu iş sarayda deyil, Horikava çayının sahilində baş tutdu. Kareti şəhərdənkənarda, əvvəllər əlahəzrətin bacısı yaşayan “Yukige” sarayında yandırdılar.

Sarayda çoxdan idi kimsə yaşamırdı və bağçası da boşalmağa başlamışdı. Bu yeri sahibsiz olduğuna görə seçmişdilər. Əlahəzrətin ölmüş bacısı haqda gəzən söz-söhbətlərə görə ay çıxmayan gecələrdə qadının tüldən paltarı yerə dəymədən həyətdə gəzişirmiş. Burada gündüzlər nadir hallarda günəş görsənirdi, ətraf qaranlıq içində olurdı və kiçik bağ çaylarının zəif parıltısında, bir də güclə sezilən ulduz işığında hansısa vəhşi varlıqların kölgəsi ötüşürdi.
Beləliklə, həmin gün yenə də qaranlıq, aysız gecə idi. Şam işığında əyninə hakama xalatı geyinmiş əlahəzrət kənarda ağ qumaş yastığa dirsəklənib, ayaqlarını bardaş qurub oturmuşdu. Ətrafına yaxın adamlarını yerləşdirmişdi. Onların arasında vaxtilə Miçinoku (daxili fedoal çəkişmələrindən biri nəzərdə tutulur) müharibəsində aclıqdan adam əti yeyən pəhləvan xüsusilə nəzərə çarpırdı. Yeri gəlsə, indi də diri-diri ceyranı ayağından tutub parçalayıb yeyərdi. O, küncdə dayanmışdı, belində qalın kəməri var idi və əlindəki qılıncı aşağı sallayaraq qulpundan yapışmışdı. Külək şamların işığını o tərəf bu tərəfə əydikcə insan fiqurları gah kölgə şəklində yoxa çıxır, gah da işıqda əks olunurdu, buradakı hər şey qorxulu yuxuya bənzəyirdi. Bağdakı qızıldan düzəldilmiş bəzək əşyaları parıldayırdı və karetin qoşqusu çarxlarına kip dayanaraq bir tərəfi əyilmişdi. Yazın gəlişinə baxmayaraq, havadakı qatı dumandan və zülmətdən dolayı adamın içindən soyuq bir gizilti keçirdi.

Bambuq pərdənin göy zolaqlı kənarları aşağıya qədər uzandığından karetin içərisi görsənmirdi. Kənarlarda qulluqçular əllərində şam ağacından hazırlanmış məşəllərlə dayanıb tüstünün kənarlara yayılmamasına nəzarət edirdilər. Yoşihide özü isə bir dəqər uzaqda çömbəltmə oturmuşdu. Həmişəki geyindiyi libasında yazıq adamlara oxşayırdı və elə bil, ulduzlu səmanın bütün ağırlığı onun üzərinə çökmüşdü. Arxasında dayanan xüsusi geyimdəki cavan oğlan, deyəsən, tələbəsi idi. Hər ikisi də qaranlıq yerdə dayanmışdılar və paltarlarının rəngi belə seçilmirdi.

One comment

  1. Geri izləmə: Akutaqava Ryunoske

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.