***

Meymun mənim yubandığımı hiss edəndə tələsik ayaqlarıma dolandı və qəfildən hoppanıb çiynimə çıxdı. İstədim özümü meymunun əlindən xilas edim, çiyinlərimi dartışdırdım və o, yerə düşməsin deyə, məndən daha da möhkəm yapışdı. Qəfildən qapıya toxundum, bu anda dayanmaq anlamsız idi, qapını açıb içəriyə keçməyə tələsdim. Bir qadın qaranlıq otaqdan gərilmiş yaydan çıxan ox kimi çölə sıçradı. Amma qapının ağzında mənə ilişib yerə yıxıldı. Diz çökmüş halda tövşüyə-tövşüyə aşağıdan-yuxarı mənə baxmağa başladı. Mən anlamışdım ki, bu, Yoşihidenin qızı idi. Amma qız tamamilə özünə oxşamırdı. Gözləri bərəlmişdi və yanağındakı qatı ənliyi o dəqiqə nəzərə çarpırdı. Üst-başındakı səliqəsizlik qızın gənclik təravətinə xələl gətirmişdi. Buna rəğmən, qızın əndamı aylı gecədə əsrarəngiz görsənirdi. Mən baxışlarımı otaqdan uzaqlaşan ayaq addımlarının arxasınca yönəldərək soruşdum: Kimdir? Qız dodaqlarını çeynəyə-çeynəyə başını yellədi. Baxışlarından bərk dilxor olduğunu görmək mümkün idi. Mən bu dəfə onun qulaqlarına pıçıldadım: Kimdir? Yenə də başını yırğalayıb heç nə demədi. Uzun kirpiklərinin nəmli olduğunu da müşahidə edə bildim.

Mən uşaqlığımdan xırda, hamıya adi gələn şeylərin qarşısında həmişə aciz qalmışam. Elə ona görə də bir müddət səssiz qaldım və sanki, qızın ürək döyüntüləri eşidilirdi. Daha sonra nəsə soruşmaq da istəmədim.

Heç hiss edə bilmədim ki, nə qədər müddət keçmişdi, bircə yadımda qaldı ki, yavaş-yavaş özünə gələn qıza yumşaq səslə: “öz otağına get” dedim. Ürəyimdə bir səksəkə vardı. Ortada xoşagəlməz bir hadisənin baş verdiyi bəlli idi. Heç on addım atmamışdım ki, arxadan kimsə mənim ətəyimi dartdı. Qorxdum və geriyə çevriləndə yenə Yoşihide meymunu gördüm, əllərini aşağı salıb adam kimi mənə təzim edirdi.

One comment

  1. Geri izləmə: Akutaqava Ryunoske

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.