***

Yoşihidedən imdad diləyən tələbənin heç bir şansı yox idi. O dəqiqə sezilirdi ki, Yoşihide onu otağa elə məhz bu mənzərəni yaratmaq üçün çağırmışdı. Tələbə vəziyyəti anlayanda əli ilə başını gizlədərək daha da möhkəm qışqırmağa başladı və döşəmənin üstünə yıxılaraq qurtuluş üçün çapaladı. Yoşihide özü də qorxdu. Yerindən tərpənib quşa doğru getmək istəyəndə quş elə şığıdı ki, bu anda nəsə bir şey möhkəm yerə çırpıldı. Qollarını aşağı salıb yarıölümcül dayanan tələbə ancaq otağın qaranlıqlaşdığını və ustanın digər tələbələri yardıma çağırdığı görə bildi. Tələbələrdən biri əlində şam otağa girəndə otaq aydınlaşdı. Lampa qırılıb yerə düşmüşdü, içindəki yanacaq da yerə dağılmışdı, yapalaq isə yerdə bir qanadını tərpədərək çırpınırdı. Yoşihide karıxmış vəziyyətdə stolun altında gizlənmiş və sanki, donmuşdu. Yapalağın başından yapışan qara ilan onun bədəninə dolanmışdı. Yəqin ki, tələbə otağın içində qaçanda dibçəyi yerə salıb dağıtmışdı. Yapalaq isə bu dəfə ilanı dimdikləməyə çalışıb və həngamə elə onda qopub.

Tələbələr bu əcaib varlığı görən kimi ustaya yüngülcə təzim edib otaqdan çıxdılar. Sonra baş verənlərdən heç kimin xəbəri olmadı.

Belə əhvalatların sayı-hesabı yox idi. Yadımdan çıxmamış qeyd edim ki, “cəhənnəm iztirabları” şirmasını yaratmağı Yoşihideyə payızın əvvəlində həvalə etmişdilər və qışın sonuna qədər də ustalarının sayəsində tələbələrin başına gəlməyən hadisə qalmamışdı. Qışın axırları idi və Yoşihide çox qaşqabaqlı gəzirdi, görsənir, işində axsaqlıqlar əmələ gəlmişdi. Dörd hissəyə ayrılmış şirma elə yerindəcə sayırdı. Usta əvvəl çəkilmiş yerləri bir də rəngləməklə məşğul idi. Belə getsə, bu işin qurtaracağı yox idi. Əslində, ustanın işlərinin nə səbəbdən düzgün getmədiyini kimsə bilmirdi, doğrusu, bu, heç kimə maraqlı da deyildi. Tələbələr min cür acınacaqlı sınaqdan keçdiklərinə görə özlərini vəhşi şirlərlə və ya canavarlarla eyni qəfəsə salınmış kimi hiss edirdilər və bacardıqları qədər ustanın gözündən ilim-ilim itməyə çalışırdılar.

One comment

  1. Geri izləmə: Akutaqava Ryunoske

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.