Yaponiya kinosunun klassiki – Akira Kurosava

“Döyüşçü taleyi – itirməkdir.”
(“Yeddi samuray” filmindən)


Akira Kurosava (黒澤明) – kinorejissor, prodüsser və ssenarist. Kino tarixinin ən təsirli kinorejissorlarından biri hesab olunur. Yaponiya kinosunun klassiki hesab olunan Akiranın yaradıcılığı təkcə milli deyil, eyni zamanda, dünya kinematoqrafiyasına təsir edib. Lakin o, xaricdə öz ölkəsindən fərqli olaraq, daha məşhurdur.

syf7f2f
Akira Kurosava

O, 23 mart 1910-cu ildə İmperiya dövründə Ota şəhərində anadan olub, 6 sentyabr 1998-ci ildə 88 yaşında Tokionun 23 xüsusi rayonundan biri Setaqaya-ku`da vəfat edib. 57 illik yaradıcılığı dövründə 30 film çəkib. Məşhur olmadan öncə 7 il rejissor assistenti kimi çalışıb.

1950-ci ildə Akutaqava Rünoskenin “Raş(y)omon qapısı” və “Sıx meşədə” novellaları əsasında çəkmiş olduğu “Raş(y)omon” filmi Kurosavaya dünya şöhrəti gətirir. Bu, filmə görə o, 1951-ci ildə Venesiya kinofestivalında “Qızıl şir”, ABŞ-da isə “Ən yaxşı xarici film” nominasiyasında Oskar (“Oscar”) mükafatına layiq görülür.

1954-cü ildə Akira Kurosava özünün növbəti şah əsərini – “Yeddi samuray” filmini yaradır.

Film əsasında 2004-cü ildə “Yeddi samuray” animesi çəkilib.

Animenin posteri, 2004
Animenin posteri, 2004

Akira öz filmlərinin ssenarisini daha çox Qərb ədəbiyyatının klassik nümunələrindən götürüb. Onun sözlərindən belə məlum olur ki, Rusiya ədəbiyyatı, xüsusilə, Dostoyevskinin yaradıcılığını sevirmiş.

O, Deşil Hemmettin “Qırmızı biçin” romanı əsasında 1961-ci ildə “Cangüdən”, Dostoyevskinin “Axmaq” (“İdiot”) romanı əsasında isə 1951-ci ildə eyni adlı film, Maksim Qorkinin “Dibdə” pyesi əsasında 1957-ci ildə “Dibdə” filmi, Şekspirin “Maqbet” facisəsi əsasında samuraylar haqqında 1957-cildə “Qanlı taxt-tac” və “Kral Lir” faciəsi əsasında 1985-ci ildə “Ran” filmini ekranlaşdırmışdır.

1975-ci ildə SSRİ ilə birgə “Dersu Uzala” filmini ekranlara çıxarır. Bu film də həmin ildə “Ən yaxşı xarici film” nominasiyasında Oskar mükafatına layiq görülür.

1980-ci ildə ekranlaşdırılan “Döyüşçünün kölgəsi” filminə görə, Kann kinofestivalının “Qızıl palma” (orijinalı: Palme d’ Or – Kann Film Festivalının əsas hissəsində verilən ən böyük mükafatdır) mükafatına layiq görülüb. Bundan başqa, “Fəxri Legion” ordeni (Fransa), “İtaliya Respublikasına Xidmətlərinə görə Böyük Xaç” ordeni”, “Xalqlar Dostluğu” ordeni (1991, keçmiş SSRİ) və s. orden və mükafatları vardır.

P.S. Yuxarıdakı əsas şəkil Kurosavanın “Yocimbo” (1961) filmindəndir. Filmdə sahibsiz samurayı Toşiro Mifune ifa edib. Film əsasında Sergio Leonenin “A fistful of dollars”, eləcə də,  Walter Hilin “The last man standing” “remake”lərı çəkilib.

Sevinc Nur © yapon.az 2015
Advertisements

One thought on “Yaponiya kinosunun klassiki – Akira Kurosava

  1. Geri izləmə: “Kabuki”dən kinoya

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma