Dik burun…

Dünyaya yeni gələn körpələri “təhlil” edərkən Azərbaycanda yaşlı və orta nəslin nümayəndələri daha çox onun çəkisinə fikir verir. Əgər körpənin çəkisi çoxdursa, deməli, hər şey yaxşıdır. Çəkinin çox olması məhz nəyin yaxşı olduğundan xəbər verir deyə bilmərəm, ümumiyyətlə, bu, başqa yazının mövzusudur, yaponlar arasında isə bu, müzakirənin obyekti məhz körpənin burnudur. Hətta gənc atanın yeni doğulan körpəsi üçün uşağın anasına “bizim qızın burnu onlarınkı kimi dik deyil” iradını bildirməsini də eşitmişəm.

Şəxsən mənə qəribə görünən bu, hal onlar üçün yad və ya tanış birinin körpəsini görər-görməz ayaqüstü müzakirəsinə səbəb olan adi haldır. Yəni, orta yaşlı istənilən qadın burnu yastı olmayan köpəni əzizlər və ya “şanına təriflər yağdırmaq” istəyərsə birinci onun burnunun dikliyini önə çəkəcək. Daha sonra gözlərə və s. Demə yaponlar yastı burunu sevmirlər. Kim burnunu bəyənmirsə onu əməliyyatla (silikonla) böyütdürür, yəni, dik etdirir.

Bu arada, biz danışıqda adətən, uşaq və ya körpə kəliməsini istifadə edərkən onları fərqləndirmirik. Lakin yaponlar yeni doğulan uşaqlar üçün mütləq 赤ちゃん (akaç(y)an) sözünü istifadə edirlər.

Sevinc Nur © yapon.az 2015
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma