Dövlət və özəl müəssisələrdə işləyən işçilər il boyu ən azı 5 gün tətilə çıxmalıdır. Tətil hüququndan istifadə etməyənlərə isə qanuni cəza veriləcək. Qanunun yaradılmasına səbəb çox işləməkdən yaranan ruhi xəstəliklərin qarşısını almaqdır

Aparılan araşdırmalara əsasən, ölkədə işləyən işçilərin yarısından çoxu il boyu çıxmalı olduqları 18 günlük ödənişli tətil hüququndan istifadə etmir. Yaponların tətilə çıxmama səbəbi isə, işdə olmadıqları vaxt müdirlərin onların işini digər iş yoldaşlarına verməsidir. Onların fikrincə, hər bir insan öz işini özü yerinə yetirməlidir. Müddətli belə olsa işçi digər işin ağırlığını daşımamalıdır.

Yeni qanunda qeyd edilir ki, bir şirkətdə ən azı 6 ay işləyən işçinin il ərzində 10 günlük ödənişli tətildən istifadə etmək hüquq var. Əgər dayanmadan 6 ay işləyibsə, tətilin müddəti 20 günə qalxır. İl ərzində ən azı 5 gün tətilə çıxmayanlar üçün isə, cəza tədbirləri görüləcək.

Gülşən Cabbarlı © yapon.az 2015

Leave a Reply

%d bloggers like this: