Hatsune Miku – virtual müğənni

Hatsune Miku (初音ミク, 初- ilk, 音- səs, və ミク gələcək (未来 “mirai”)) – Yaponiyanın populyar və çox sevilən virtual müğənnisidir. Onu tam əminliklə dünyanın ən populyar virtual müğənnisi adlandırmaq olar. Buna özünüz də əmin ola bilərsiniz. Sadəcə google-da “The most popular virtual singer” ifadəsini axtarışa verin və nəticələr göz qabağındadır; axtarış nəticəsində tapılan saytlar və şəkillərin 90 %-i Hatsune Miku barədə olacaq.

q4ic5wtHatsune Miku 31 avqust 2007-ci ildə “Crypton Future Media” şirkəti tərəfindən yaradılıb. Onun səsinin sintezi üçün qadın müğənninin rəqəmsallaşdırılmış səsi ilə yanaşı “Yamaha Corporation” şirkətinə məxsus olan Vocaloid proqramından istifadə olunur. Vizual obrazı isə, tanınmış yaponiyalı illüstrator Ken Garou tərəfindən hazırlanıb. Hatsune Miku`nun səsinin əsası üçün yapon seiyusu (Seiyu – Yaponiyada çox məşhur olan səs aktyorları-müğənniləridir (声の俳優). Onlar anime, video-oyunların qəhramanlarının səslərini canlandırırlar.) Saki Fucitanın (藤田咲, oktyabr 19, 1984-cü il təvəllüdlü seiyu (声優) red.) səsi seçilib.

Miku ilə yanaşı, Yaponiyada digər virtual müğənnilər də mövcuddur. Məsələn: Megurine Luka, Kagamine Len ve Kagamine Rin, Meiko, Kaito və s. Bütün bu virtual müğənnilər birlikdə Vocaloid adlanırlar.

Bir çoxları Mikunu Vocaloid 2 proqramı ilə hazırlanmış ilk vocaloid hesab edirlər lakin bu səhvdir. İlk vocaloid Sweet Ann adlanırdı, sadəcə olaraq, o, Miku qədər məşhur ola bilmədi.

Miku`nun oxuduğu mahnılar, əsasən, J-POP və Dance-POP üslubunda olur. Lakin bəzən J-Rock və digər üslublara da rast gəlmək olar.

download(3)Onun görünüşü də çox maraqlıdır. Saçının rəngi adətən firuzəyi və ya akvamarin rəngində olur və çox vaxt əlində uzun yaşıl soğan tutur. Rəsmi məlumatlara görə, Hatsune Mikunun 16 yaşı var və onun boyu 158 sm, çəkisi isə, 42 kq-dır.

Hatsune Miku yarandığı gündən etibarən həm Yaponiyada, həm də bütün dünyada getdikcə populyar olmağa başlayır və təbii ki, məşhurlaşdıqca fanatların artan tələbatlarını da müxtəlif formada ödəmək lazım idi. Bu səbəbdən onu 3D-holoqrafiya (holoqram) texnologiyası vasitəsi ilə canlandırmaq qərarına gəldilər və hazırda Miku bir çox ölkələrdə canlı konsertlərlə çıxış edir. Konsertlərin demək olar ki, hamısından video fraqmentləri Youtube kanalında izləmək olar.

Kospley aləmində də Hatsune Mikunun obrazları çox populyardır. Hansı Kospley festivalı olursa olsun, orada mütləq şəkildə ən azı 2 və ya 3 Miku obrazına rast gələcəksiniz. Yaponiyada xüsusən də Tokionun Akihabara, Şincuku və Şibuya rayonlarında Hatsune Mikuya aid kospley geyimləri, pariklər, musiqi diskləri, masa üstü fiqurlarına rast gəlmək olar.

Onun rəsmi facebook səhifəsinin izləyicilərinin sayı 2 600 000-i keçib. Mahnıları isə, Yaponiya çartlarında ilk yerləri tutur.

Heç kim üçün sirr deyil ki, yaponlar video-oyunları çox sevirlər, xüsusən də portativ oyun cihazlarını. Bu səbəbdən, 2 iyul 2009-cu il tarixində Hatsune Mikunun ilk video oyunu “Hatsune Miku: Project DİVA” Playstation Portable oyun konsolu üçün satışa buraxılır. Oyun qeyri-adi “Rhytm-game” üslubunda hazırlanıb. Oyun zamanı Miku mahnıları oxuyarkən oyunçu konsolun düymələrini elə basmalıdır ki, Miku musiqinin hər bir sözünü sona qədər oxuya bilsin. Əgər hər hansı bir düymə gec basılarsa mahnı sözləri səslənmir və o uğursuz alınır. Oyun çox böyük populyarlıq qazandığı üçün onun növbəti hissələri də buraxılıb. Son oyun isə, Playstation Vita və Playstation 3 oyun konsolları üçün buraxılıb və adı “Hatsune Miku Project Diva f 2nd”dır. Oyun müasir qrafika və çoxsaylı mahnı kolleksiyası ilə fərqlənir. Həmçinin, bu, oyun vasitəsi ilə siz öz otağınızda Mikunun 3D obrazının çıxışını izləyə bilərsiniz. Eyni zamanda, Miku oxuyarkən siz onun şəklini də kamera vasitəsi ilə otaqda adi insan ölçüsü və ya masa üstündə çıxış edərkən çəkə bilərsiniz.

Hatsune Miku Amerikanın çox tanınmış “Late Show with David Letterman” televiziya verilişində də çıxış edib.

Hüseyn Əskərov © yapon.az 2015
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma