Yaponiya təhsilinin bilinməzləri

Yaponiya təhsil sistemi ilə bağlı 30 maraqlı fakt

toradora0106Əziz yaponiyaseverlər, hər rubrikamızda Yaponiya ilə bağlı maraqlı məlumatları sizinlə paylaşırıq. Bu dəfə də istədik təhsil mövzusuna toxunaq. Daha doğrusu, təhsil müəssisələrində olan maraqlı faktları sizə təqdim edəcəyik. Hazır olun, turumuz başlayır! 

Oy! Tək səbir 😉 . 

1) Yaponiya məktəbləri bizdən fərqli olaraq 12 illik təhsil poqramı üzrə hazırlanıb. İbtidai təhsilin müddəti 6 ildir. 7-ci sinifdən 10-cu sinifə qədər olan təhsil müddəti orta təhsil dövrü adlanır. 10-12-ci siniflər artıq yuxarı təhsil pilləsidir.

3a9adefd002a744d5190f2e22) Uşaq bağçalarının olması vacibdir və uşaqlar adətən 3 yaşından (3 yaşınadək uşaqlar valideynlərdən biri işləmədiyi halda bağçaya getmirlər) etibarən bağça həyatına başlayırlar. Bağçada onlar artıq riyaziyyatın əsaslarını mənimsəyir, hiraqana və katakananı (yapon heca əlifbaları) oxumağı bacarırlar.

3) Məktəbə qəbul olmaq üçün bütün uşaqlar əvvəlcə imtahan verməlidirlər. İmtahandan uğurla keçə bilməyən uşaqlar hazırlıq məktəbinə gedə bilər və növbəti il yenidən qəbul imtahanlarında iştirak edə bilərlər.

4) İbtidai və orta təhsil müddətində uşaqların təhsil alması tamamilə pulsuzdur. Yuxarı sinif və ali məktəblərdə isə təhsil həmişə pulludur.

6bc

5) İbtidai sinif şagirdlərinə heç bir ev tapşırığı verilmir, amma əvəzində orta və yuxarı sinif şagirdlərinin ev tapşırıqlarının həcmi olduqca böyük olur. Ona görə də Yaponiyada orta və yuxarı sinif şagirdləri ölkənin ən məşğul insanları hesab olunur.

6) Hər bir məktəbin özünəməxsus məktəbli forması var.

7) Məktəb binasına daxil olan andaca ayaqqabı rəflərini görmək mümkündür.

8) Məktəblərin əksəriyyətində saçların boyanmasına qarşı sərt münasibət var. Məktəblilərə saçlarını boyamaq qəti qadağandır. Yalnız təbii saç rəngi qəbul olunur.

9) Bir çox dövlət və özəl məktəblərdə oğlanlara saç uzatmaq qadağandır.

giphy10) Qızlara isə, saçlarını burmaq, makiyaj etmək, dırnaqlarını boyamaq və yaxud da zərgərlik məmulatlarından istifadə etmək (qol saatı istisnadır) qadağandır.

11) Məktəblilər yalnız ağ, qara və ya tünd mavi rəngdə corab geyinə bilərlər. Əgər şagird məsələn, qəhvəyi rəngdə corab geyinərsə, bu, məktəb qaydalarına ziddir və həmin corablar müsadirə oluna bilər.

12) Yaponiya məktəblərində hər bir sinifdə adətən 30-40 nəfər şagird olur.

13) Şagirdlər demək olar ki, bir sinif otağından istifadə edirlər, yəni, il ərzində onlar sinif otaqlarını dəyişmirlər.

suzu04-114) Şagirdlər sərbəst şəkildə yazıb-oxuya bilmək üçün təxminən 2500 simvol, yəni, hərf öyrənməlidirlər.

15) Yaponiyalı uşaqları 3 üsulla yazıb-oxumağı bacarmalıdırlar: yapon heroqliflərini, Çin heroqliflərinin yapon versiyasını və latın əlifbasını.

16) Yaponiyada məktəblərdə ən vacib riyaziyyat, yapon dili, sosial elmlər, musiqi, idman və peşə ilə bağlı fənlərdir. Artıq ibtidai siniflərdə də ingilis dilinin tədrisinə başlanılıb.

17) Bundan əlavə, məktəblilərə sağlam həyat tərzi aşılamaq üçün informatika, musiqi, incəsənət, bədən tərbiyəsi və evdarlıq, həmçinin, ənənəvi incəsənət növləri olan “Kalliqrafiya” və “Hayka”nı da (şeir növləri) öyrədirlər.

18) Məktəblərdə təhsil səviyyəsinin yüksəldilməsi üçün informasiya texnologiyalarından istifadə olunur. Bütün məktəblərdə internet var.

19) Yaponiyada məktəblərdə “xadimə” olmur. Xadimənin bütün işlərini məktəblilər yerinə yetirir. Bütütn şagirdlər kiçik qruplara bölünürlər. Bu qruplar məktəb həyətinin, sinif otaqlarının və s. kimi yerlərin təmizlik işlərini görürlər.

get20) Yaponiyada məktəblərdə fəaliyyət klubları vacib faktorlardan biridir. Məktəblərin əksəriyyətinin müdiriyyəti şagirdləri bu klublardan birində iştirak etmək üçün həvəsləndirir. Bunlar “İdman klubu” (futbol, kendo, beysbol, cüdo, tennis, yüngül atletika, üzgüçülük, voleybol, reqbi) və “Mədəniyyət klubu”dur (xəttatlıq, riyaziyyat, elm və s.). Klub üzvləri dərsdən sonra görüşür və birgə vaxt keçirirlər.

21) Məktəblilərin yay tətili 40 gün müddətində olur. Bir qayda olaraq, iyulun 20-dən başlayır avqustun 31-ə qədər davam edir. Qış tətili dekabrın 26-dan başlayaraq yanvarın 6-a qədər olmaqla 10 gün davam edir. Yaz tətili də həmçinin, martın 25-dən aprel ayının 5-ə qədər olmaqla 10 gün davam edir.

22) Bilik günü Yaponiyada aprel ayında qeyd edilir.

23) Məktəblilərə yay və qış tətilləri müddətində ev tapşırıqları verilir.

24) Məktəblərdə həftənin 6 günü dərs günü sayılır. Dərs saatı adətən 8:30-dan başlayaraq 15:00-a qədər davam edir.

0cea35238450fc95ee0fd8e82015bdbc91e3f1ee8d93da52a81b9cd765097f9725) Məktəblilər istədikləri qida məhsullarını təhsil ocağına gətirə bilməzlər. Buna ciddi nəzarət var.

26) Hər bir məktəbin öz dietoloqu var və onlar sağlam qidalanma prinsipinə əsaslanaraq, menu tərtib edirlər.

27) Orta sinifdən (orta sinif 7-9-cu sinifləri əhatə edir) yuxarı sinifə keçmək üçün hər bir şagird imtahan verməlidir. Belə ki, imtahanları hər rübün (1 rüb 3 aydır) sonunda, həmçinin, rübün 1-ci və 2-ci aylarının ortasında vermək lazımdır.

tumblr_mc2s59xm141r03oxco1_50028) Yaponiyada “məktəbli avtobusu” deyə bir anlayış yoxdur. Şagirdlər dərsə ya piyada, ya da velosipedlə gedir və ya şəhər nəqliyyatından istifadə edirlər. İbtidai sinif şagirdləri isə kiçik qruplar təşkil edərək məktəbə gedirlər.

29) Bir tələbənin ali məktəbə qəbul nəticəsi nə qədər yaxşı olsa, böyük şirkətlər də ona bir o qədər “maddi dəstək” olar. Belə ki, tələbə bu şirkətlərdən birinə işə düzələcək, şirkət hesabına işləyəcək və aldığı maaşdan da təhsil haqqının ödənilməsinə çıxılacaq.3tpwtie

30) Universitetlərdə tələbə özünə maraqlı olan fənləri müstəqil şəkildə seçir . Onlar nə kurs işi, nə də diplom işi yazırlar, amma bir neçə səhifədən ibarət hesabat yazmaq lazım gəlir.

Aynur Sadıqova © yapon.az 2015
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma