Tokio balıq bazarı

Tsukici bazarı (築地市場 – Tsukici şico) – balıq və dəniz məhsulları üzrə ən böyük topdansatış bazarıdır. Bazar Tokionun mərkəzi hissəsində yerləşir və turistlər üçün əsas görməli yerlərdən biri hesab olunur. Bazarda gün ərzində 2000 ton balıq və dəniz məhsulu satılır.

Daha çox, Tsukici balıq bazarı kimi tanınan, Tokio şəhər topdansatış bazarı Tsukicişico və Tsukici metro stansiyaları yaxınlığında yerləşir.

Bazar iki hissədən ibarətdir. Daxili bazar adlanan hissə lisenziyası olan topdansatış bazarıdır. Burada dəniz məhsullarının alış və satışı həyata keçirilir, 900 lisenziyası olan ticarətçinin qayıqları yerləşir. Xarici bazarda isə, topdansatış ilə yanaşı Yaponiya mətbəxi malları, restoranlar üçün hazır məhsullar satan müxtəlif dükanlara rast gəlmək olur. Burada, həmçinin, çoxlu sayda suşi hazırlamaq üzrə ixtisaslaşmış restoranlar yerləşir. Xarici bazardakı mağazaların çoxu günortaya qədər bağlanır, daxili bazardakılar isə daha tez bağlanır.

Bazarda 400 növdən çox dəniz məhsulları tapmaq olar; kiçik sardinlərdən 300 kq-lıq tuna balıqlarına, ucuz dəniz yosunlarından bahalı balıq ikrasına kimi.

Tsukici bazarının panoraması. Vikipediya - elektron ensiklopediya.
Tsukici bazarının panoraması. Vikipediya – elektron ensiklopediya.

Təxminən 700 min ton dəniz məhsulu Tokiodakı 3 balıq bazarının piştaxtalarından keçir, dəyəri pul hesabı ilə 600 milyard ien (təqribən 5,5 milyard ABŞ dolları) edir. Tsukici bazarından hər gün 2 min tondan çox dəniz məhsulu keçir. Qeydiyyatdan keçniş işçilərin sayı 60 min ilə 65 min arasında dəyişir. Buraya ticarətçilər, auksion mühasibləri, şirkətlərin nümayəndələri aiddir.

Donmuş tuna balıqlarının boşaldılması diqqət çəkən məqamlardandır.

566

Tsukici bazarı bazar günləri, bayram və nadir hallarda səhər saat 03:00-da başlayan mal qəbulu günlərindən başqa dəmək olar ki, hər səhər açıqdır. Ticarət səhər 05:00-da başlayır. Alıcılar sırasına topdansatış alverçiləri, burada məhsul satanlar, eyni zamanda, restoranlar üçün mal alanlar, ərzaq məhsulları istehsal edən şirkətlər və pərakəndə alverçilər aiddir. Alış-veriş adətən səhər saat 07:00-da bitir. Bundan sonra alınmış balıqlar başqa bir məntəqəyə aparılmaq üçün yük gəmilərinə yüklənir və ya kiçik arabalar ilə bazarın içindəki çoxsaylı dükanlara daşınır. Burada növbəti pərakəndə satış üçün sahibkarlar balıqları bölüb hazırlıyırlar. Tuna və qılınc balıqları kimi böyük balıqların kəsilib bölünməsi çox ehtiyatla aparılır. Məsələn, tuna balığı böyük mişar ilə kəsilir, kəsilmiş hissələri isə, orosi hote, hante hote, maquro-bote adlanan, uzunluğu 1 metrə yaxın olan bıçaq ilə doğranılır.

32632Səhər saat 05:00-08:00 arasında bazarda böyük canlanma olur, sonrakı saatlarda isə, insanların sayı getdikcə azalır. Piştaxta və mağazaların əksəriyyəti səhər saat 11-də, bazar günləri isə günorta saat 1-də bağlanır.

Turistlər bazara hər gün səhər saat 05:00-dan 06:15-ə kimi gəlib, xüsusi ayrılmış yerdən bazarın iş prosesini müşahidə edə bilərlər. Qidanın təmizliyi haqqında qanuna riayət edilib-edilməməsinə isə, Tokio şəhər idarəsinin müfəttişləri nəzarət edir.

Məqalədə istifadə olunan fotolar japanology.ru, liveinternet.ru`dan götürülüb.
Ülvi Əhmədov © yapon.az 2015
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma