Yaponiyada yüksək maaş alan kimdir?

“Yaponiyada yüksək maaş alan kimdir?” – sualına cavab verməzdən öncə, özüm haqqında bir məqamı qeyd etmək istəyirəm. Mən ADPU-nun (Azərbaycan Dövlət Pedaqoji Universiteti) “İngilis dili” ixtisasını bitirmişəm. Bu saytda məqalələrimi oxuyub, videolarıma baxmısınızsa artıq bilirsiniz ki, mənim maraq dairəm Yaponiyadır. Bir çoxları kimi mən də öz təhsilimi Yaponiyada davam etdirmək istəyirəm. Bir çox yerlərə getsəm də, saytlarda araşdırma aparsam da, mənə elə Yaponiyada ancaq təhsil almaq deyil, işləmək təklif edilir. Mən də etmədim tənbəllik, bununla bağlı araşdırma apardım. Məlum oldu ki, Yaponiyada ən yüksək maaş alanlar vəkillər və ingilis dili müəllimləridir.

Yaponiyada ən yüksək maaş alanlar vəkillər və ingilis dili müəllimləridir

Vəkillər əksər ölkələrdə olduğu kimi Yaponiyada da yüksək maaşa sahibləridir. Yaponlar hüquqlara çox əhəmiyyət verir. Hətta onlardan adi bir şey alsanız belə, nələrisə imzalayacaqsınız. Adi bir insan olsanız da fərq etmir. Eviniz həmişə sənədlərlə dolu olacaq. Ona görə də, onların hər işi vəkillərdən keçir.

Keçək əsas məsələyə. Müəllimlər! Nəyə görə məhz ingilis dili müəllimləri yüksək maaş alır? Yaponiya artıq özünü açıq qapı elan etdikdən sonra digər ölkələrlə əlaqə qurmaq üçün kadr yetişdirməyə çalışırdı. İndi də çalışır. Bunun üçün də ingilis dilini bilmək ən əsas məsələdir. Yəqin özünüz də bilirsiniz ki, yapon dili çox çətindir və söz quruluşunu da hər kəs götürə bilmir.

Yapon dilini öyrənmək sizdən bir ömür tələb edir. Yaponlar özləri də qeyd edir ki, bizim dilimiz çox çətindir. Hələ də çox yapon düzgün yapon dilində danışa bilmir. Hətta onu deyə bilərdim ki, bu dilin söz quruluşu və sözlərin bir çoxu o qədər qəlizdir ki, bu dili istifadə edən digər dilə rahatlıqla keçə bilmir. Qarşı tərəfi uzun müddət gözləmək əvəzinə yaponlar çalışır ki, ingilis dilini yaxşı bilib xaricilərlə rahat əlaqə saxlaya bilsinlər. Amma bu da onlar üçün çox çətin olur. İngilis dilində yaxşı bilən yapon gördünüzsə, deməli, həmin yapon bu dillə uşaqlıqdan məşğul olub ki, indi rahat, sərbəst danışa bilir. Ya da uzun müddət xarici ölkədə ya təhsil alıb, ya da yaşayıb.

Gənc yaşlarından öyrənməyə başlayanların səviyyələri adətən aşağı səviyyə ingilis dili olur. Həmişə əzmkarlığı ilə seçilən yaponlar, ingilis dilində mükəmməl bilənə kimi davam etməyə çalışırlar. Buna görə də, məktəblər, kurslar ingilis dili müəlliminə ehtiyac duyur. İngilis dilini mükəmməl bilən öz kadrları az olduğuna görə məcbur xarici ölkənin pedaqoqlarını dəvət edirlər. Əgər sizin ixtisasınız ingilis dili müəllimliyidirsə, o zaman siz, Yaponiyada rahat iş tapa biləcəksiniz. Hətta, ən yüksək maaşı alan elə siz olacaqsınız. Amma öncə səbrli olmalısınız. Birinci növbədə yapon dilində anlayışınız olmalıdır, ikincisi isə yaponların ingilis dili götürmə qabiliyyəti zəif olduğuna görə onlarla çox işləyəcəksiniz.

Yenə çətin oldu, elə deyil?! Hələ bu harasıdır. Köhnə fikirli qapalı olmağı üstün tutan bəzi yaponlar ingilis dilinin Yaponiyada keçirilməsinə qarşıdırlar. Onlar bununla keçmiş adət-ənənəni qoruya bilməyəcəklərini, gələcəkdə keçmiş yapon ruhundan heç bir əsər-əlamət qalmayacağını düşünürlər. Bu fikirdə olan tələbələriniz olacağına görə onlar sizin dərsinizə maraq göstərməyəcəklər. Əgər yapon dilini bilmirsinizsə işiniz daha da çətin olur. Çünki Yaponiyadasanızsa sizdən yapon dilində danışmağı tələb edəcəklər. Dərsinizdə ingilis dilindən çox yapon dili istifadə olunacaq. Belə müəllimi tapandan sonra onsuz da yüksək maaş almaları çox normal gəldi, elə deyil?! İş belə olunca, hamı çalışır ki, ingilis dili ilə bağlı işlərdə işləsin. “Eikaiwa” (ingilis dili danışıq klubu) kursunda işləyən böyük heyət görəcəksiniz. Bir az da olsa ingilis dilini bilən yaponlar bu kursa qoşulur və maaşını alır. Son zamanlar da bu problem təhsil sistemini narahat etdiyinə görə, yenidən ingilis dili ilə bağlı qərar açıqlanacağı gözlənilir.

Gülşən Cabbarlı © yapon.az 2015
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma