Bu gün soya paxlasını atma günüdür!

Bu gün Yaponiyanın ən əyləncəli milli bayramlarından biri Setsubun bayramıdır. Yaponiyanın hər yerində, kiçikdən böyüyə hamının əlində soya paxlasını görə bilərsiniz. Çünki bu gün soya paxlasını atma günüdür!

“Pis ruh, evi tərk et! Uğur, evə gəl!” Bu sözlər ölkənin əksər məbədlərində, xüsusən təşkil edilmiş yerlərdə və meydanlarda, yaponların mənzillərində uca səslə deyilir. Bu sözləri evdə qurumuş soya paxlalarını atarkən də deyə bilərsiniz…

Yaponlar niyə soya paxlalarını hər yerə atırlar? Soya paxlasının atılması evə xoşbəxtliyin dəvət olunması kimi şərh edilir. Setsubun bayramının keçirilməsi Yaponiyada ən qədim, maraqlı ənənələrdən biridir. Bu bayramı İn-yan Çin fəlsəfəsi ilə əlaqələndirənlər də var. Həmin fəlsəfəyə görə, iki ziddiyyət – qaranlıq və işıq, mənfi və müsbət, fəal və passiv, qadın və kişi həmişə bir-birinə əks dayanır. Qədim yaponlar belə hesab edirdilər ki, fəsillərin birləşdiyi vaxt bu iki yaradıcı qüvvə biri-birinə qarşı dayanır və bundan müxtəlif bədbəxtliklər baş verir. Setsubun sözünün açılışını versək, mənası bir fəslin digəri ilə dəyişməsi deməkdir. Yaponiyada fevralın 3-dən 4-nə keçən gecəni, yəni, baharın gəlişini bildirən günü belə adlandırırlar (əsasən).

Setsubun bayramı haqqında çox sayda əfsanələr var. Demək olar ki, hər kəsin bu bayramı qeyd etmək üçün özünəməxsus maraqlı hekayəsi vardır. Ən çox inanılan əfsanə isə belə başlayır. Əfsanəyə görə, qədim zamanlarda şeytanların törətdiyi xəstəlik çoxsaylı insan tələfatına səbəb olurmuş. Bu xəstəlikdən qovrulmuş soya paxlalarını atmaqla xilas olmaq mümkün imiş.

Beləliklə, pis ruhları qovmaq üçün mamemaki (paxla tullamaq) ayini yaranır. Qədimdə mamemaki ayini ilə insanlar yeni ili qarşılayırmışlar. Həmin ayin indi də pis ruhları qovmaq, uğuru evə dəvət etmək üçün icra olunur. Yaponiyanın demək olar ki, bütün məbədlərində bu ayin icra olunur. Ayindən öncə uşaqlar pis ruhların geyimində olan kişiləri soya paxlaları ilə vururlar. Sonra mamemaki ayini başlayır. Evdə isə uşaqların ataları şeytan maskası taxıb qaçırlar. Uşaqlar da şeytanın arxasınca qaçıb ona soya paxlavası atırlar. Daha sonra evin hər yerinə bu paxlaları atmaqla pis ruhlardan qurtulmağa çalışırlar.

Məbədlərdə ənənəvi bayram paltarı geyinmiş insanlar ağ kağıza bükülmüş soya paxlalarını qutulardan götürərək camaata atır. Minlərlə insanın iştirak etdiyi bu mərasim çox əyləncəli keçir. Bəli, düşündüyünüz kimi bu bayramda tonlarla soya paxlası istifadə olunur.

Bəs o atılmış paxlalara nə olur? Sonra ev əhli o paxlaları toplayıb, müxtəlif şirniyyat hazırlayıb yeyirlər. “Sən” neçə dənə paxla yeyirsənsə bu il o qədər böyüyəcəksən. Yaşın neçədirsə o qədər paxla şiriniyyatı yeməlisən.

Bu bayram günü analar evdə ehoumaki hazırlayırlar. Suşinin bir növü olan ehoumaki məhz bu gün üçün hazırlanan xüsusi yeməkdir. “Uğurlu suşi” adlanır. Bu ad ehou adından yaranıb, mənası isə, “uğur istiqaməti” deməkdir. Ehoumakinin özü bölünməmiş suşinin bütöv halıdır. Belə inanc var ki, əgər heç bir söz demədən bütöv ehoumakini yesən il boyu uğur səninlə olacaq. Ehoumakini yeməyin əsas qaydası: başınızı düz saxlayıb, gözlərinizi bağlamalısınız (bu ənənin isə, Osakadan gəldiyinə inanırlar).

Belə maraqlı ənəni öz evinizdə də qeyd edə bilərsiniz.

Yaponiya, bayramınız mübarək!

Gülşən Cabbarlı © yapon.az 2015
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma