“Piece” filmi

Dəfn mərasimində onların yenidən qarşılaşmaları bir təsadüfdürmü?

  • Yapon dilində: “Piece”
  • Direktorlar: Hayato Kavai, Kociro Haşimoto, Kenqo Takimoto
  • Yazıçı: Hinako Aşihara (manqa), Tetsuya Oişi, Yuko Matsuda, Mami Oikava
  • Efir kanalı: NTV
  • Seriya: 13
  • Efirə verilmə tarixi: 2012-ci il oktyabrın 6-dan Dekabrın 29-una kimi
  • Kanalda verilmə vaxtı: Bazar günləri 24:55
  • TV-də reytinqi : 2.1%
  • Dil: Yapon dili
  • Ölkə: Yaponiya

Film haqqında

Universitet tələbəsi olan Mizuho Suqa ona gələn zənglə öyrənir ki, məktəb vaxtı sinif yoldaşı olan Haruka qəfil xəstəliyə yaxalanıb və həyatını itirib. Onun dəfn mərasimində iştirak edərkən sinif yoldaşı Hikaru ilə qarşılaşır. Bütün hadisələr elə bu qarşılaşmadan sonra baş verir.

Suqa məktəbin ən ağıllı, çalışqan, əlçatmaz qızı olmasına baxmayaraq, bir o qədər də hisslərini ifadə etməkdə çətinlik çəkirdi. Məktəb yoldaşları onun populyar, ağıllı olmasından elə davrandığını sansa da, əslində Suqa incidilməkdən çox qorxurdu. Uşaqlıqdan özündən əvvəl hər kəsi düşündüyünə görə, hər kəsə qarşı ətrafında sədd hörüb. Dostları olmasına baxmayaraq, onlar belə onun əlçatmaz olduğunu düşünürlər.

Ondan bir sıra qabaqda oturan Hikaru isə məktəbin ən populyar “şorgözüdür”. Lakin o bilir ki, onunla Suqa arasında özünün bilmədiyi, onları birləşdirən bir ip var…

Sinifdə Suqanı öpdükdən sonra yay tətilində birgə vaxt keçirirlər. Amma Suqa onların dost və ya sevgili olduğundan əmin olmadığına görə, bu hadisəni sirr kimi özündə saxlayır. İncidilməkdən çox qorxan Suqa hər gün getdikcə Hikaruya aşiq olur. Onun haqqında hər şeyi bilmək istəyir. Hikaru isə onun bu istəyini bilib ondan uzaq olmağa çalışır.

Dəfn mərasimində onların yenidən qarşılaşmaları bir təsadüfdürmü?

Bununla yanaşı, Suqa Harukanın anasından qızının ölməzdən əvvəl görüşdüyü oğlanı tapmasını xahiş edir. Soyuq insan olduğundan Hikarunun ondan uzaq durduğunu düşünən Suqa Harukanın anasının xahişini qəbul edir. Və axtarışlara başlayır. Bu axtarışın sonu necə olacaq? Haruka və Hikaru arasında nələr olub? Harukanın arxasında buraxdığı gizli sirlər nədir? Bütün bu suallara cavabı filmə baxdıqdan sonra biləcəksiniz.

Bu arada flmin açılış musiqisi çox gözəldir  😉


Rollarda

  • Yuma Nakayama – Hikaru Narumi 
  • Tsubasa Honda – Mizuho Suqa 
  • Hokuto Matsumura – Takaşi Yanai 
  • Airi Suzuki – Madoka Setouçi 
  • Yuki Nozava – Yoou Suqavara
  • Kentaro Yasui – Koike
  • Moe Arai – Hiromi Nişida 
  • Erina Mizuno – Haruka Oriquçi
  • Tsutomu Takahaşi – Müəllim Miyamoto
  • Hana Kino –  Kimiko Nanao
  • Naho Toda – Risako Narumi
Gülşən Cabbarlı © yapon.az 2015
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma