Qadınlar üzlərini qırxır?!

Bir çoxları kimi mən də əvvəllər Yaponiyada yaşayan qadınların tük problemlərinin olmadığını düşünür, hətta, anadangəlmə onların tüksüz olduğuna inanırdım. Son zamanlar apardığım araşdırmalar bu fərziyyəmin təmamən yalnış olduğunu sübut etdi. Belə ki, onlar heç də avropalı və amerikalı qadınlarından fərqlənmirlər. Onların da tüklərdən yaxa qurtarmaq üçün öz üsulları var.

Bəs niyə hər kəsdə bu cür fikir formalaşır? Təbbi ki, cavab sadədir. Onlar özlərinə baxmağı və vaxtlı-vaxtında qulluq etməyi unutmurlar. Həm də, tüklərdən yaxa qurtarmaq prosesini cəmiyyət arasında reklam eləmirlər. Yəni, belə yerlər və məkanlar heç də göz önündə olan məkanlar deyil. Onlar üçün bu ayıb hesab olunur. Prosesə ayırdıqları zamanı belə elə həll edirlər ki, heç kim fərqində belə olmur.

Keçək indi əsas məsələyə. Yəni, yapon üsulu tüklərdən azad olmaq mərhələsinə. Bildiyimiz lazer, epilyator üsulundan başqa yapon qadınlarının üz qırxma üsulu da var. Amma bu qırxma maşınları və ya aləti, desək, sırf qadınlar üçün dizayn edilib. Bu alətdən istifadə etdiyiniz zaman tükləriniz zaman-zaman seyrəkləşir və təmamən yoxa çıxır. Yəni, düşündüyünüz kimi kişilərdə olduğu kimi qalın və qara tüklər çıxmır. Həm də tüklərin azalmasının bir səbəbi də odur ki, bu alətlə birlikdə xüsusi krem satılır. Həmin krem bu prosesi daha da sürətləndirir, dərini təmizləyir və hamar görünnməsinə səbəb olur.

images(1) Qeyd: Evdə olan üzqırxan maşınının üstünə düşməyin. O, bizdə olanlardan deyil.

Bu alət və proses hal-hazırda Yaponiyada o qədər məşhurdur ki, qadınlara məxsus olan üz qırxma salonları fəaliyyət göstərir. Yəni, siz bu işi artıq peşəkar insanlara həvalə edirsiniz.

Neçə gündən bir üzlərini qırxırlar? Peşəkarların dediyinə görə, əgər qadının tük problemi varsa o, bu prosesi ayda bir dəfə yerinə yetirəcək. Əgər onda heç bir problem yoxdursa üç aydan bir üzünü qırxacaq. Əgər sizi daha ətraflı maraqlandırırsa youtube kanalında yapon qadınlar tərəfindən hazırlanan təlim videolarına baxa bilərsiniz.

Gülşən Cabbarlı © yapon.az 2015
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma