Nakuna Hara-çan

Görəsən, iki fərqli dünyanın insanları olan Eçizen-san və Hara-çan arasında olan sevgi xoşbəxt sonluqla bitə biləcəkmi?!

  • Yapon dilində: 泣くな、はらちゃん
  • Ssenarist: Okada Yoşikazu
  • Baş produser: Ohira Futoşi
  • Produserlər: Kavano Hidehiro, Koizumi Mamoru, Haqivara Maki (萩原真紀)
  • Direktorlar: Suqavara Şintaro (菅原伸太郎) (seriya 1-2, 5), Kariyama Şunsuke (狩山俊輔) (seriya 3-4, 7), Matsuyama Masanori (松山雅則) (seriya 6)
  • Musiqi: İnoue Akira
  • Format: Serial
  • Janr: Romantik komediya
  • Say: 10
  • İzlənmə faizi: 10.2% (Kanto)
  • Kanal: NTV
  • Yayım müddəti: 2013-cü ilin yanvarın 19-dan martın 23-ə kimi
  • Efir vaxtı: Bazar günləri 21:00
  • Əsas mahnı: “Lyric” Tokio
  • Açılış mahnısı: “Vataşi no sekai” (Kamome Uşaq Xoru)

Film haqqında

Eçizen-san 30 yaşlarında, sadə həyat tərzinə sahib, özünəqapalı qadındır. Lakin heç də həyatından razı deyil. Heç bir dostu olmayan Eçizen-san hisslərini ifadə etmək üçün hər gün öz dəftərinə manqa çəkir. Heç kimə qəzəblənə, şikayət edə bilməyən Eçizen-sanın manqa personajları heç də özü kimi deyil. Manqanın əsas personajı Hara-çandır. Bu vəziyyətdən narahat olan Hara-çan Eçizen-sanın dünyasına gəlib onu xoşbəxt etməyə çalışır. Çünki o, qəzəbli olduğu zaman çəkdiyi manqadan sonra onların da dünyası yerlə yeksan olur. Real dünyanı tanımağa çalışan Hara-çan, eyni zamanda, onu çəkən Eçizen-sana aşiq olur.

Görəsən, iki fərqli dünyanın insanları olan Eçizen-san və Hara-çan arasında olan sevgi xoşbəxt sonluqla bitə biləcəkmi?! Həm güldürən, həm də düşündürən bu dram sizi gündəlik problemlərdən uzaq tutacaq.


Rollarda

  • Naqase Tomoya – Hara-çan
  • Aso Kumiko – Eçizen-san
  • Maruyama Ryuhei – Tanaka-kun
  • Kutsuna Şiori – Konno Kiyomi
  • Kaku Kento – Makihiro
  • Suda Masaki – Hiroşi
  • Şimizu Yutaka – Akkun
  • İnaqava Miyoko (稲川実代子) – Naqanuma-san
  • Komatsu Kazuşiqe – polis işçisi
  • Komoto Masahiro – gülən dayı
  • Mitsuişi Ken – Tamada
  • Okunuki Kaoru – Yuki-nee
  • Şiraişi Kayoko (白石加代子) – Hideko
  • Yakuşimaru Hiroko – Yaquçi Yuriko
Gülşən Cabbarlı © yapon.az 2015
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma