Su altında mağaza

Dubayda Yaponiyanın “Sony” şirkətinin sukeçirməz qurğular üçün ixtisaslaşdırılmış mağazası açılıb

Sapporo. Sevinc N.Ə. (yapon.az)

“Sony Aquatech Store”nin özəlliyi onun suyun altında yerləşməsidir. Dükan kiçik dərinlikdə yerləşən günbəzdən ibarətdir. Orada hava olduğuna görə içəridə akvalanqsız da nəfəs almaq mümkündür.

Lakin mağazanın interyeri bir o qədər də zəngin deyil. Yalnız divarlara yapışdırılmış reklam materialları və böyük qutulara salınmış bir neçə “Xperia” smartfonu mağazanın interyerini tamamlayır.

Ora getmək üçün təlimatçı nəzarəti ilə xüsusi su altında üzmə dərsləri keçiriləcək.

Şirkətin qurğuları yalnız müəyyən vaxt ərzində sukeçirməzdir. Lakin aparatlar nəzərdə tutulan müddətdən artıq suda qaldıqda, sözsüz ki, su keçirəcək.

Mənbə: http://www.xperiablog.net

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma