Yaponlar dəniz altında şəhər inşa edir

İnsanlar uzun zamandır ki, su altında yaşamağı xəyal edirlər. Lakin Yaponiyanın şirkətlərindən biri bunu reallığa çevirməyi düşünür

Sapporo. Sevinc N.Ə. (yapon.az)

Yaponiyanın “Şimizu Corp.” şirkəti 2030-cu ildə tikintisinə başlayacağını bildirdiyi su altında nadir ekeoloji xüsusiyyətlərə malik “Ocean Spiral” şəhərinin layihəsini təqdim edib. Təqribən 25,3 milyard dollara başa gələcək şəhərdə 5 min insanın yaşayacağı bildirilir.

Layihə 3 hissədən ibarət olacaq. Konstruksiyanın birinci hissəsi 500 metr diametrində kürədən ibarət olacaq və onun yalnız yuxarı hissəsi suyun üzərində yerləşəcək. Kürədən 5 futurustik körpü ayrılır. Kürə aşağı hissədə okeanın 3-4 kilometr dərinliyinə gedən 15 kilometr uzunluğunda spiralla birləşəcək. Spiralın digər başında “yer ferması” adlanan və dəniz dibinin ehtiyatlarını tədqiq edən araşdırma mərkəzi yerləşəcək.

Layihəyə əsasən, buradakı generatorlar üçün enerji 2 formada alınacaq. Birincisi dibdə inşa ediləcək metan qazı stansiyası və ikincisi dərinlikdəki isti-soyuq suların fərqindən enerji istehsal edən sistem qurulacaq.

Bundan başqa, su təzyiqi texnologiyasının tətbiqi ilə duzlu sudan içmək üçün su alınacaq və “balıq kəndləri” yaradılacaq.

Dairəşəkilli konstruksiyanın mərkəzindəki qüllədə 350 adi və 50 suit kateqoriyalı mehmanxana nömrəsi, 50 min kvadratmetr ərazini əhatə edən mənzillər, ofislər, həmçinin elmi-tədqiqat mərkəzi yerləşəcək.

Şirkət şəhərin inşası zamanı betondan deyil, su altındakı şəraitə, zəlzələlərə və axıntılara davam gətirə biləcək 3D çap maşınları ilə əldə ediləcək qətran parçalardan istifadə etməyi planlaşdırır.

Şirkət digər ölkə hökumətlərinin və araşdırma mərkəzlərinin dəstəyini gözlədiyini də açıqlayıb.

Mənbə: Silikon Vadisi

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma