Bakı 2015 Avropa Oyunları Yaponiyanın TBS yayım şirkəti ilə müqavilə imzalayıb

Noyabrın 5-də Bakı 2015 Avropa Oyunları gələn ilin yayında keçiriləcək ilk oyunların Yaponiyada yayımlanmasını təmin etmək məqsədilə Tokio Yayım Sistemi (Tokyo Broadcasting System /TBS) Televiziyası ilə müqavilə imzalayıb.

Sapporo. Sevinc N.Ə. (yapon.az)

baku2015.com`un məlumatına görə, pulsuz yayımlanan kanal bütün daxili, yaxud yerli platformalar üzrə 17 günlük yarışların, o cümlədən Açılış və Bağlanış mərasimlərinin, yarışların gündəlik parlaq məqamlarından seçilmiş video-materialların yayımlanması ilə bağlı müstəsna hüquqlarını təmin edib.

Untitled(1)

Bakı 2015 Baş Əməliyyat Direktoru Saymon Kleq deyib ki, Avropa Oyunlarının Yaponiyada yayımlanmasını təmin etmək məqsədilə TBS Televiziyası ilə müqavilənin imzalanmasından məmnundur: “İdmana həvəsli xalqın yaşadığı Yaponiyada Bakı 2015 Avropa Oyunlarına böyük marağın yaranacağına inanırıq və oradakı idman azarkeşlərinin yarışlara baxa bilməsi olduqca xoşdur”.

TBS ümummilli şəbəkəyə, o cümlədən, ölkə üzrə 28 filiala malik olan kommersiya yayım şirkətidir. Şirkət, həmçinin, ümumi proqramlaşdırma peyk kanalı olan BS-TBS`ni və 24 saat xəbər xidməti göstərən NewsBird kanalını, eyni zamanda, ümummilli radio şəbəkəsini idarə edir.

TBS 1997-ci ildən Yaponiyada Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının Dünya Atletika Çempionatlarının eksklüziv yayım şirkətidir və Olimpiya və Qış Olimpiya Oyunlarını, FİFA Dünya Kubokunu və Asiya Oyunlarını əhatə edən Yaponiya yayım şirkətləri konsorsiumunun üzvüdür.

Yayım şirkəti Yaponiyada, eyni zamanda, peşəkar qolf üzrə “The Masters” turnirinin, Peşəkar Qolf Assosiasiyası Çempionatının, Əsas Beysbol Liqasının və Beynəlxalq Voleybol Federasiyasının Dünya Voleybol Çempionatının yayım xidmətini göstərir.

TBS Sports`un icraçı vitse-prezidenti Masamiçi Amano deyib: “Bakı 2015 Avropa Oyunları tarixi yarışlar olacaq və biz uzunmüddətli və məhsuldar olacaq tərəfdaşlığa başlamağımızla fəxr edirik. Biz I Avropa Oyunlarını və Bakı şəhərinin dünyaya təklif etdiklərini Yaponiyanın hər yerindəki tamaşaçılara təqdim etməyi səbirsizliklə gözləyirik”.

Bu, Bakı 2015 tərəfindən Ərəb Dövlətlərinin Yayım Birliyi ilə bağlanmış sazişdən sonra imzalanan növbəti müqavilədir. Həmin sazişlərə görə, Avropa Oyunları Orta Şərq və Şimali Afrika üzrə 20 ölkədə, eyni zamanda, L’Equipe 21 kanalı vasitəsilə Fransada yayımlanacaq.

Bakı 2015 Kommersiya direktoru Çarli Viceratna: “Bu saziş Asiya yayım şirkəti ilə bağlanmış ilk müqavilədir və I Avropa Oyunlarının dünyanın 5 qitəsində yayımlanmasını təmin etmək üçün mühüm addımdır”, – deyib.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma