Model, müğənni, bloqqer

きゃりーぱみゅぱみゅ – Kyari Pamyu-Pamyu

Əsl adı Takemura Kiriko (竹村桐子) olan bu gənc xanım, hazırda Yaponiyanın ən məşhur və qeyri-adi səhnə obrazı ilə fərqlənən müğənnilərindən biridir. O, 1993-cu ilin yanvarın 29-u Tokioda anadan olub.

Kyari Pamyu Pamyu səhnəyə ilk addımlarını, moda haqqında bloq açmaqla başlayıb. Bununla o, çox böyük populyarlıq qazanaraq özünün qoyulma kiprik brendini də buraxıb. Daha sonra Yaponiyanın tanınmış prodüsserlərindən biri sayılan Yasutaka Nakata və “6% Doki Doki Fashion” brendinin yaradıcısı Sebastyan Masuda ilə birgə iş birliyi quraraq, öz solo musiqi layihəsinə başlayıb. 2011-ci ilin iyul ayında işıq üzü görən və ilk mahnısı olan “PON PON PON”un klipi Yaponiyada çox böyük maraqla qarşılanıb və ilk top onluqlara daxil olub.

Ondan sonra çıxan “Candy Candy” və “Fashion Monster” (2012) mahnıları da, həmçinin, debütün uğurunu davam etdirərək çox böyük maraqla dinləyicilər tərəfindən qarşılanır.

“Ninja Re Bang Bang” mahnısında isə, elektro-pop və milli musiqi elementlərinin sintezindən istifadə edib. Mahnı 90-cı illərdə çox populyar olan video-oyunların musiqisinə bənzəyir:

“Pon pon pon”, 2011.

Kyari`nin öz sözlərinə görə, o öz kliplərində qrotesque və Haracuku-kavaii üslublarının sintezini istifadə edir. Həqiqətən də, onun hər bir klipi qeyri-adi geyimlər və fərqli musiqi ilə digər müğənnilərin kliplərindən qat-qat fərqlənir. Kyari müsahibələrində xatırladıb ki, onun valideynləri qızlarının qeyri-adi geyim üslubunu ilk vaxtlarda bəyənmirdilər və aralarında bununla bağlı tez-tez mübahisələr olurdu.

Bir çox insanlar onu Asiyanın Lady Gaga`sı adlandırır. Kyari Pamyu Pamyu tək Yaponiyada deyil, artıq bütün dünyada tanınmağa başlayır. O artıq bir çox Avropa və Asiya ölkələrində konsertlərlə çıxış edib. Hazırda Kyari Pamyu Pamyu`nun bütün kliplərini Youtube səhifəsində izləmək olar. Kliplərinin izləmə sayı millionu keçib.

Zənnimcə, ardıcıl olaraq bir neçə adi musiqini dinlədikdən sonra Kyari`nin hər hansı bir mahnısını dinlədikdə, onun mahnılarının necə digər musiqilərdən fərqləndiyi dərhal hiss olunur.

Hüseyn Əskərov © yapon.az 2014
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma