Asan, dadlı və tez. Sevimli tərəvəz varsa onu, biraz da toyuq əlavə edə bilərsiniz. Hazırlanması 5 dəqiqənizi, bişməsi isə 10 dəqiqənizi alacaq. Mövcud tərkibdə bişirildikdə başqa yeməyin yanında verilərsə 6 nəfərə təqdim oluna bilər.

Ərzaqlar:

  • 250 q. soba (Yaponiya üsulu ilə hazırlanan vermeşil)
  • 4 yaşıl soğan incə doğranılır
  • 1 ədəd limonun rəndələnmiş qabığı və şirəsi
  • 1 yemək qaşığı soya sousu
  • su

Bişirilmə qaydası:

1. Əriştə bildiyimiz qaydada (bağlama üzərində göstərilən istifadə qaydalarına uyğun şəkildə) təqribən 7 dəqiqə qaynar suda bişirilir. Sonra süzülür və soyuyanadək üzərindən sərin su axıdılır.

2. Kasaya qoyulur, üzərinə incə yaşıl soğan, limonun rəndələnmiş hissəsi və şirəsini və soya sosunu əlavə etmək və qarışdırmaq lazımdır.

Yemək hazırdır.

1023215_600.gif いただきます!

Sevinc Nur © yapon.az 2014

Leave a Reply

%d bloggers like this: