Tibb üzrə Nobel mükafatçıları

2012-ci ildə Şinya Yamanaka britaniyalı Con Qurdonla birlikdə bialogiyanın inkişafı və induksiya olunmuş kök hüceyrələrinin əldə edilməsi və inkişafına görə, Tibb və Fizilogiya üzrə Nobel mükafatına layiq görülüb.

“Məğlubiyyət uğurun başlanğıcıdır. Mənfi nəticələr yeni istiqamətlər tapmaqda mənə yol göstərdi.”

Şinya Yamanaka

Şinya Yamanaka (山中 伸弥) 4 sentyabr 1962-ci ildə Hiqaşiosaka şəhərində anadan olub. Şinyanın valideynlərinin tikiş maşınlarının ehtiyyat hissələrini istehsal edən kiçik bir zavodu var idi. Onlar istəmirdi ki, övladları da bu ailə biznesi ilə məşğul olsun. Valideynləri Şinyanın həkim olmasını arzu edirdilər.

Uşaq vaxtdi cüdo ilə məşgul olması onda ciddi zədələr yaratmışdı. Şinya vaxtının böyük hissəsini ortopedik mərkəzdə keçirirdi. O, düz 10 dəfə sümük əzələlərini qırmışdı. Bütün bunlar Şinyanın gələcək karyerasına təsir göstərdi.

Məktəbi bitirib atestatını aldıqdan sonra 1980-ci ildə Kobe Universitetinə qəbul oldu. Təhsil aldığı müddətdə məhkəmə tibbi ekspertizasının laboratoriyasında 3 aylıq təcrübə keçdi. Burada o, spektrometriadan istifadə edərək insanlarda alkaqol metobolizmasını tədqiq etdi. 8 illik təhsildən sora magistr, 6 il sonra isə Osaka Universitetində tibb üzrə doktor dərəcəsini aldı. Doktor dərəcəsi aldıqdan sonra San-Fransiskoya gələrək, 1993-cü ildən 1996-cı ilə kimi ürək-damar xəstəlikləri üzrə Qladston İnstutunda işləməyə başladı. Burada o, siçanların köməyi ilə s-Mus genini tədqiq etməyə başladı.

Yamanaka 1996-cı ildə Yaponiyaya qayıdaraq Osaka Universitetinin tibb məktəbində dosent vəzifəsində çalışmağa başlayır.

1999-cu ildə Narada yerləşən Elm və Texnalogiyalar İnstutuna professor təyin olundu. Yamanaka Narada embrional kök hüceyrələrin xüsusiyyətlərini tədqiq etməyə başladı.

2005-ci ildən Yamanaka Kiotoda Tibb elmləri İnstutunda prafessor olaraq çalışır, burada o, somatik hüceyrələrdə ilk dəfə eksperimentlər edib. Yamanaka burada dünyada ilk dəfə olaraq siçanın və insanın embrional kök hüceyrəsini əldə edə bildi.

Şinya Yamanaka və Con Qurdon
Şinya Yamanaka və Con Qurdon

Qeyd edim ki, Şinya Yamanaka və Con Qurdon Nobel mükafatını toxuma hüceyrələri sahəsində əldə etdikləri “inqilabi kəşflərə” görə qazanıblar. Onların kəşfinə əsasən, insan hüceyrələrini yenidən proqramlaşdırmaq olar. Sübut olunub ki, insanın yetkin hüceyrələrini yenidən proqramlaşdırmaqla onları insanın istənilən hüceyrəsinə çevirmək olar.

1962-ci ildə Gurdon kəşf edib ki, hüceyrənin ixtisaslaşması dəyişə bilər.

2002-ci ildə isə Yamanaka sübut etdi ki, yaşlı hüceyrə bədənin bütün hüceyrələrinə çevrilə bilər.

Ülvi Əhmədov © yapon.az 2014
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma