Yeni üsullarla atom karbonlarını bir-biri ilə birləşdirərək kompleks mollekular alınmasına görə 2010-cu ildə (75 yaşında) Eyiçi Neqişi, (80 yaşında) Akiro Suziki və (79 yaşlı amerikalı alim) Riçard Hek ilə birlikdə kimya üzrə Nobel mükafatına layiq görülüb. Neqişi deyib ki, alacağı bütün pulu yeni araşdırmalara xərcləyəcək. O bildirib ki, Nobel mükafatı almaq onun 50 illik arzusu idi.

Eyiçi Neqişi Nobel mükafatının təqdim olunması mərasimi, İsveç, Stokholm.
Eyiçi Neqişi Nobel mükafatının təqdim olunması mərasimi, İsveç, Stokholm

Yaponiyalı kimyaçı Eyiçi Neqişi 14 iyul 1935-ci ildə indiki Çinin Çançun şəhərində anadan olub. 1958-ci ildə Tokio Universitetinə qəbul olub. Sonra kimya şirkəti “Tecin”də işləməyə başlayıb.

1960-cı ildə Pensilvaniya Universitetinə qəbul olub, burada o, 1963-cü ildə fəlsəfə üzrə doktor dərəcəsi alıb. Bundan sonra yenidən “Tecin” şirətinə qayıdıb.

Daha sonra elmi fəaliyyəti seçərək 1966-cı ildə “Purdue” Universitetində (ABŞ, İndiana ştatı) Herbert Çarls Braunun lobaratoriyasında işə başlayıb. 1968-ci ildə professor Braunun köməkçisi olub. 1972-ci ildən 1979-cu ilə qədər “Syracuse” Universitetində işləyib. Sonra yenidən “Purdue”yə qayıdıb.

Qeyd edək ki, 2010-cu il kimya üzrə Nobel mükafatını alan alimlərin tədqiqatları daha təmiz kimyəvi maddələr almağa imkan yaradır. Təmiz kimyəvi maddələr elektronikada, yeni dərmanların yaradılmasında, viruslarla mübarizədə, kənd təsərrüfatı məhsullarının zərərvericilərdən qorunmasında əhəmiyyətlidir.

1 milyon 500 min dollar məbləğində Nobel mükafatı isə, bu 3 alim arasında bölünüb (red.).

Ülvi Əhmədov © yapon.az 2014

Leave a Reply

%d bloggers like this: