Yaponları öz kəşfi ilə heyran qoyan azərbaycanlı elm adamı: Lütfi Zadə

Adı dünya elminin nəhəngləri ilə bir sırada çəkilən Lütfi Zadənin də elmə bəxş etdiyi töhfələrin vətəni yoxdur, alimin isə Vətəni Azərbaycandır. Dünyaya tanınmış ədiblər, bəstəkarlar, rəssamlar və ən nəhayət dahilər bəxş etmiş Azərbaycan!

Lütfi Zadəyə dünyada şöhrət qazandıran və bu gün istehsalatda geniş tətbiq edilən, eyni zamanda, dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq (ingl. fuzzy logic) nəzəriyyəsidir.

Aparıcı dünya şirkətləri tərəfindən tətbiq olunan bu nəzəriyyə 1965-ci ildə işlənib hazırlanıb. Nəzəriyyə uzun müddət Amerikanın elmi ictimaiyyəti tərəfindən qəbul edilməsə də, ötən əsrin 80-ci illərində yaponiyalı alimlərinin diqqətini cəlb edib və yaponlar bu unikal nəzəriyyədən yararlanmaq qərarına gəliblər. Lütfi Zadə nəzəriyyəsinin tətbiqi Gündoğan ölkəsimə milyardlar qazandırıb…

ABŞ-da bu nəzəriyyə hələ müzakirə olunurdu çünki “qeyri-səlis” anlayışı “qeyri-dəqiq” kimi qəbul olunur və “dəqiq olmadığı” əsas gətirilərək qəbul olunmurdu. Elə bu zaman bu orijinal fikri yaponlar alıb inkişaf etdirdilər. Öncə bu nəzəriyyəyə qarşı olan soyuq münasibətin qarşısını almaq yolunu araşdırdılar. “Fuzzy”ni yapon dilindəki qarşılığı olan “aimai” (qeyri-müəyyən) şəklində tərcümə etməyib eynilə ingiliscədəki ifadə – “faaci” şəklində saxladılar. “Faaci” istifadə oluna-oluna “ağıllı” mənasını ifadə etdi.

Dünyanın ən inkişaf etmiş metrosu olaraq qəbul edilən Yaponiyadakı Sendai`də təxminən 14 km boyunca 16 stansiyada dayanan qatar, o qədər yumşaq hərəkət edir ki, ayaq üstdə dayanan sərnişinlər yalnız yüngülcə yellənirlər. Vaqonların çoxunda ayaq üstdə dayanan 20 sərnişindən ancaq dörd-beşi bir yerdən tıtmaq ehtiyacı hiss edir. Bu, metroda bir akvariumu bir damlasını belə yerə tökmədən daşımaq mümkündür. Məhz bu kimi sistemlərin əsasında qeyri-səlis məntiq nəzəriyyəsinin tətbiqi dayanır. Ondakı təsir-reaksiya müddəti insanlardakından üç qat daha qısadır. Ayrıca 10 % yanacaq qənaəti təmin edər və indiyə qədər heç bir təhlükəyə yol açmayıb.

Yaponiyada onlarla belə firma bu qayda ilə fotoapart və video kameralarında, avtomobil, qatar və sənaye əməliyyatlarının idarə edilməsində tətbiqə başladı. Hal-hazırda “Mitsubishi”, “Toshiba”, “Sony”, “Orison”, “Kanon”, “Piko”, “Aneson”, “Honda”, “Neck” və digər şirkətlər bu qaydanın ticari məqsədli tətbiqi ilə maraqlanmaqdadır. Müxtəlif şirkətlərin məsləhətçilərinə görə, bu, qaydanın istehsal prosesində tətbiqindən əldə olunan nəticələr ağlasızmaz dərəcədə böyükdür. Qeyri-səlis texnologiyanın tətbiq olunduğu sahələrdə görülməmiş dəyişikliklər reallaşmaqda və bu, milyardlarla qazanc gətirməkdədir…

“Quasar” və “Panasonik” markalarını buraxan “Matsusita” şirkəti qeyri-səlis məntiqin istehsala tətbiqindən sonra 1991-92 illərində milyardlarla dollar dəyərində mal istehsal edib satdı. Gəlin aşağıdakı cədvəldə qeyri-səlis məntiq nəzəriyyəsinin işləmə mexanizminə baxaq:

Məhsul
Şirkət
Qeyri-səlis məntiqin funksiyası
Lif nəzarəti
Fujitec-Toshiba,
Mitsubishi, Hitachi
Sərnişin sıxlığını qiymətləndirir. Beləcə, gözləmə zamanı azalır. 
 
SLR fotoaparat cihazı
Sanyo-Fisher,
Kanon, Minolta
Ekranda bir neçə obyektin olması vəziyyətində belə ən yaxşı fokusu və işıqlandırmanı təyin edir.
Video kamera
Panasonic
Cihazın əllə tutulması səbəbiylə çəkiliş əsnasında yaranan sarsıntıları aradan qaldırır.
Paltaryuyan
Matsushita
Paltarın çirkliliyini, ağırlığını, parça növünü müəyyən edir və ona görə yuma proqramı seçir.
Tozsoran
Matsushita
Yerin vəziyyətinə və çirkliliyinə əsasən mühərrikin gücünü nizamlayır.
Su qızdırıcı
 Matsushita
İsidiciliyi istifadə edilən suyun miqdarına və istiliyinə görə nizamlayır.
 Kondisioner
 Mitsubishi
Mühit şərtlərini qiymətləndirərəkən yaxşı iş vəziyyətini müəyyən edər və otağa daxil olan insanların sayı artıdıqca soyutmağı artırar.
ABS əyləc sistemi
Nissan
Təkərlərin qıfıllanmadan tormozlanmasını (əyləc) təmin edir.
Polad sənayesi
Nippon Steel
Ənənəvi nəzarətçilərin yerini alır.
Sendai Metro Sistemi
Hitachi
Sürətin artıb azlamasını nizamlayaraq rahat səfəri və gücün qənaətedilməsini təmin edir.
Sement sənayesi
Mitsubishi
Chem
Dəyirmanda istilik və oksigen nisbətini nəzarətdə saxlayır.
Televizor
Sony
Ekran kontrastını, parlaqlığını və rəngini nizamlayır.
Cib kompyuteri
Sony
Əl yazısı ilə məlumat və əmr girişinə imkan yaradır.

Bu, nəzəriyyə Yaponiyaya ilk gəldiyi zaman 3 mindən çox elm adamına onun üzərində çalışmaq vəzifəsi verilmişdi. Çox qısa bir müddətdə qeyri-səlis məntiqlə çalışan elektron cihazların əldə edildiyini söyləməliyik (Səməd Möhbəddin. “Dünya dahilərsiz yaşaya bilmir”, 2000, s.145).

Qeyri-səlis məntiq nəzəriyyəsinin 1980-ci ildən sonra tətbiq sahələri getdikcə genişlənmiş, Yaponiyadan sonra Almaniya, Fransa, Danimarka, Rusiya və Çin kimi ölkələr də qeyri-səlis məntiq üzrə mütəxəssislər yetişdirməyə başlamışlar (Alan, 2003).

Lider ölkə Yaponiyadır, Çin onu təqib etməkdədir. Lütfi Zadənin bildirdiyinə görə, Çində təxminən 10 min elm adamı qeyri-səlis məntiqlə maraqlanmaqdadır (Blair, 1994).

Beynəlxalq Qeyri-səlis Sistem dərnəyi 1987-ci ildə Tokioda konfrans təşkil etdi. Bu konfrans ilə qeyri-səlis məntiqə göstərilən maraq birdən-birə artmağa başladı. Bu, konfransda qeyri-səlis məntiqlə proqramlaşdırılmış bir robot bir çiçəyi incə bir çubuğun üzərində düşməyəcək şəkildə buraxmağı bacarmışdır.

Yaponiyanın OMRO Qrupu, böyük firmalara sağlamlıq xidməti verən sistemlərə aid beş tibbi məlumat strukturlarına qeyri-səlis məntiq normaları ilə nəzarət etməkdədir. 1985-ci ildə Masaki Tokak və Hiroyuki Vatanabe tərəfindən inkişaf etdirilən “qeyri-səlis çip”lər, yəni qeyri-səlis məntiqlə çalışan “mikro elektronik dövrələr” saniyədə təxminən 2 milyon əməliyyat edə bilmək qabiliyyətinə malikdir. Bu yonqarlar/çiplərlə təchiz edilən mikroişlədici dərhal və hər sahədə daha çox məhsuldar nəticələr verir.

Qasırğalı havalarda dənizdə köməksiz qalan gəmiçiləri qurtarmaq üçün istifadə edilən vertolyotları idarə etmək olduqca çətindir. Yaponiyadakı bir araşdırma institutu bu, vertolyotların kompyuterdə simulyasiyasını hazırlayıb və sonra da maketini çıxarıblar. Qeyri-səlis məntiq proqramıyla nəzarət edilən bu simulyasiya və maketdə hər hansı bir yellənmə və sarsıntı olmadan, insanların istifadə etdiyi vertolyotların əksinə mismarla çaxılmış kimi sabit bir şəkildə havada qaldığını görmək mümkündür (Alan, 2003).

Lütfi Zadənin nəzəriyyələrini XXI əsr məzmununda qiymətləndirmək lazımdır. Çünki bu nəzəriyyələr XXI əsr üçün daha əhəmiyyətli və daha lazımlıdır. Bu gün Lütfi Zadə yalnız bir riyaziyyatçı və kibernetik olaraq deyil, paradiqma yaratmış biri olaraq qəbul edilir. Dünyanın öndə gedən bütün universitetlərində kibernetika nəzəriyyələr əsasında öyrənilir. Elmi Araşdırma Mərkəzi, NASA da daxil olmaqla, kibernatikanı bu nəzəriyyələr işığında araşdırmaqda və tətbiq etməkdədir. Onun nəzəriyyələri sənayeyə, elmə və texnikaya, müasir texnologiyalara geniş təsir edib. Lütfi Zadə, eyni zamanda, “Təəssüratlar nəzəriyyəsi”, “Sistemlər nəzəriyyəsi”, “Sözlə işləyən kompyuter nəzəriyyəsi”, “Optimal süzgəclər nəzəriyyəsi” kimi dünya elminin inkişafında, onun yeni əsaslar üzərində qurulmasında mühüm rol oynamış elmi kəşflərin müəllifidir. O, ilk dəfə qərar vermə proseslərinin qəti qaydalarını inkişaf etdirib, müasir riyaziyyat və kibernetikanın əsasını qoyanlardan biri olaraq tanınıb.

Lütfi Zadə özünün ən böyük elmi fantaziyasından biri olan – “Soft Computing” nəzəriyyəsi adlanan yeni nəzəriyyənin əsas postulatlarını formalaşdırır və süni intellektin qlobal metodologiyasının təməli olan eyni adlı texnologiyanın qurulma prinsiplərini işləyib hazırlayır. Bu nəzəriyyə özündə qeyri-səlis məntiqi, süni neyron şəbəkələrini, genetik alqoritmləri, xaos nəzəriyyəsini, müxtəlif hesablama paradiqmlərinin intellektual kombinasiyasını, o cümlədən, ehtimallı məntiqi nəticə çıxarmanı əhatə edir. Hal-hazırda bu nəzəriyyədən bank işində, texniki və iqtisadi sistemlərdə çox geniş istifadə olunur.

“Soft computing” nəzəriyyəsini ilk dəfə “Matsusita” şirkəti 1991-ci ildə paltaryuyan maşınlarında istifadə etdi. Paltaryuyan maşın paltarların çirklilik dərəcəsini, ağırlığını, yuyucunun növünü, paltarların xüsusiyyətlərini, su istilik dərəcəsini və s. nəzərə alırdı (Səməd Möhbəddin, 2000, s.98). Nəticədə, daha böyük, daha sürətli, daha avtomatik, eyni zamanda, daha kiçik, daha səssiz, daha kompleks yuyan, daha rahat … maşınlar meydana gəldi.

Qeyd edək ki, Lütfi Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə, Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat – “Honda” mükafatı ilə təltif olunub və ona 10 milyon yen də (təxminən 77.000 dollar) verilib. Bundan başqa Yaponiyanın “Honda” şirkəti tərəfindən elm adamı mükafatına layiq görülüb. Azərbaycanlı elm adamına dəyər verən Yaponiya bununla dünya elminə nə qədər dəyər verdiyini bir daha nümayiş etdirib.

Ramin Məmmədli © yapon.az 2014
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma