Yaponiya I Dünya müharibəsində

20-ci əsrin 20 və 30-cu illərindəki Yaponiya

II Dünya müharibəsinə qədərki dövr

Yaponiya I Dünya müharibəsində Antanta tərəfindən döyüşüb. 23 avqust 1914-cü ildə Almaniyaya müharibə elan etdi. Yaponiya ordusu Almaniyanın Asiyadakı kaloniyalarını zəbt etməyə başladı. 1919-cu ildə Yaponiya, ABŞ, İngiltərə, Fransa və İtaliya sıralarına daxil olaraq 5 böyük dövlət kimi Versal sülh konfrasında iştirak etdi. Birinci dünya müharibəsinin nəticələri kimi Yaponiya Almaniyanın ərazisi olan Şandumu əldə etdi, həmçinin, Sakit okeanındakı keçmiş Almaniya kaloniyaları Yaponiyaya verildi. Bundan başqa, Yaponiya “Millətlər Liqasını” yaradan ölkələrdən biri oldu.

Birinci dünya müharibəsindən sonra Kato Takakinin baş nazir olması ilə İmperiyada yeni qanun qəbul olundu. Yeni qanuna əsasən, yaşı 25-dən yuxarı bütün kişilər səsvermə hüququ əldə etdilər. Yeni qanuna əsasən, ən azı bir il öz seçki məntəqəsi ərazisində yaşayan və evi olan həmin yaşda kişilər səs vərə bilərdilər. Beləliklə, səsvermək hüququna malik insanların sayı 3,3 milyondan 12,5 milyona yüksəldi.

200px-Makoto_Saito_2
Sayto Makoto. Koreyanın general qubernatoru.

1920-ci illərdə rəsmi Tokio öz kaloniyaları – Koreya və Tayvana qarşı siyasətini dəyişdi. Tayvanda bu siyasət “yaxınlaşma siyasəti”, Koreyada isə, “mədəni idarəetmə siyasəti” adını aldı. Koreyada həyata keçirilən siyasət nəticəsində kaloniya ərazilərində mədəniyyət, elm ocaqları açıldı. Koreyada İmperator Universteti Keico (京城帝國大學 Keico tei kuni daiqaku. “Keico” (korayaca 경성 (Könson)) – 1910-1946-cı illər ərzində Seul ərazisində mövcud olan Yaponiyanın inzibati ərazi vahidləridir. red.) və “Çosun İlbo” (Hangul: 조선일보; hanja: 朝鮮日報; “Gündəlik Koreya”), “Tona İlbo” qəzetləri açıldı.

250px-Keijo_Imperial_University
Keico İmperator Universiteti, 1924. Vikipediya-elektron ensiklopediya.

Tayvanda dəmiryolu sistemi yaradıldı, bu, dəmiryolu Takao və Kironu birləşdirdi. Koreyadakı islahatlar Sayto Makotonun, Tayvandakı islahatlar isə, Denom Kendzironun adı ilə bağlı idi.

25 dekabr 1926-cı ildə imperator Esixitonun ölümündən sonra hakimiyyətə oğlu Hirohito gəldi. O öz idarəçiliyi dövrünə “Seva” 昭和時代 şüarı verdi, yəni “Maariflənmiş dünya”. Hirohitonun imperatorluğunun birinci dövrü (1926-1945) ölkənin hərbi gücünün möhkəmləndirilməsi prosesi ilə yadda qaldı.

200px-Emperor_Hirohito_coronation_1928
İmperator Hirohito

1900-cu ildən imperator ordusu və hərbi-dəniz donanması nazirlər kabinetinin formalaşdırılmasına veto qoymaq hüququna malik idilər. 1921-ci ildən 1944-cü ilə kimi daxili siyasətdə 64 münaqişə yaşandı. Bu münaqişələr nəticəsində 1932-ci ildə baş nazir İnukai Çuesi öldürüldü. Bu hadisədən etibarən hərbiçilər Yaponiyanın bütün siyasətini nəzarət altına aldılar. Hərbiçilərin hakimiyyətə gəlməsi isə, Gündoğan ölkəsinin əvvəlcə II Yaponiya-Çin müharibəsində (1937-1945), daha sonra isə, II Dünya müharibəsində iştirakına zəmin yaratdı.

18 sentyabr 1931-ci ildə bir qrup yaponiyalı zabit Cənubi Mancuriya dəmir yolunu dağıdaraq, günahı çinlilərin üzərinə atdılar və çinlilərin mövqelərini atəşə tutdular. 19 sentyabrda döyüşə Yaponiyanın Koreyadakı ordusu da qoşuldu. 1932-ci ilin əvvəlinə Yaponiya ordusu Mancuriyanın bütün ərazisinə daxil oldu. 9 mart 1932-ci ildə Mancuriya Çin hökümətindən müstəqillik əldə etdi. Mancuriyanın ərazisində Mancjou-qo dovləti yaradıldı. 1933-cü ildə Mancuriyadakı hadisələrə görə, Yaponiya Millətər Liqasından çıxdı.

İyul 1937-ci ildə II Yaponiya-Çin müharibəsi başladı. Böyük olmayan bir münaqişə genişmiqyaslı hərbi əməliyyatlara səbəb oldu. Yaponiya ordusu Çinin sahilyanı ərazilərinə hücum etdi, Nankin zəbt olundu. Çin höküməti təslim olmadı və müharibə 1945-ci ilə kimi davam etdi.

800px-ChosunIlbo_(January1-1940)
“Çosun İlba” qəzetinin 1940-cı ildə nəşr olunmuş səhifəsi.
Ülvi Əhmədov © yapon.az 2014
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma