Yaponiya tarixinin yeni dövrü

Yaponiyanın bu dövrü 1868-ci ildən başlayaraq Meici (明治時代 Meici cidai – 1868-1912), Taişo (大正時代 Taişō cidai – 1912-1926), Şova (昭和時代 Şōva cidai – 1926-1945) dövrlərinə bölünür.

220px-Tokugawa_yoshinobu
Şoqun Tokuqava Yoşinobu, 1867-ci il. Vikipediya – elektron ensiklopediya.

1867-1868 ci illərdə Tokuqava hakimiyyəti hərbi güc sayəsində hakimiyyətdən getdi və Yaponiyada İmperator hakimiyyəti bərpa olundu. Paytaxt Tokioya keçdi. Meici dövrü 23 oktyabr 1868-ci ildən 30 iyul 1912-ci ilə kimi davam etdi. İmperator Mutsuhito (睦仁) Meici adını götürür. Meici İmperatoru`nun (明治天皇 Meiji-tennō) hakimiyyət dövrü fevralın 3-ü 1867-ci ildən 30 iyul 1912-ci ilədək davam edib. Bu dövrdə Yaponiya kapitalist inkişaf yolu keçməyə başladı. Ölkədə yeni bank və vergi siyasəti həyata keçirilməyə başlayır. Yaponiya bu dövrdə sürətli inkişaf yolunu tutur. Artıq XIX əsrin sonlarında Yaponiyada xüsusi bank birlikləri – dzaybaçu yarandı. İqtisadiyyat inkişaf etdi.

Meici dövründə Yaponiya demokratiya yolunu tutdu. İnsan hüquqları sahəsində islahatlar həyata keçirildi. Bu islahatlar nəticəsində 1873-cü ildə din azadlığı qəbul olundu. Yeni qərarlara əsasən feodallar əllərindəki bütün torpaqları İmperatora təhvil verməli idilər.

220px-Black_and_white_photo_of_emperor_Meiji_of_Japan
明治大帝 Meici-taitei və ya 明治天皇 Meici-tennō. Vikipediya – elektron ensiklopediya.

Fransa və Almaniya təhsil modelləri əsasında təhsil islahatları keçirildi. Xeyli sayda tələbə Qərb ölkələrinə oxumağa göndərildi. Eynizamanda, Qərbdən Yaponiyaya müəllimlər dəvət olundu.

1889-cu ildə Yaponiyada ilk konstitusiya yarandı. Parlament yarandı. Lakin İmperator öz toxunulmazlığını qoruyub saxladı. İmperator ordunun, icaraedici və qanunverici hakimiyyətin başında dururdu.

Koreyaya olan münasibətdə Yaponiya ve Çin arasında olan konflikt 1894-1895 illərində Yaponiya-Çin müharibəsinə səbəb oldu. Yaponiya bu müharibədə qələbə qazandı və Tayvanı zəbt etdi. Çinin Mancuriya bölgəsi ilə bağlı yeni münaqişə Rusiya-Yaponiya müharibəsinə səbəb oldu. Müharibə 1904-1905 ci illərdə davam etdi. Yaponiya bu muharibədə də qalib gəldi. 1910-cu ildə Yaponiya Kareyanı özünə birləşdirdi. 1912-ci ildə İmperator Meicinin ölümü ilə Meici dövrü başa çatdı.

Eşihitonun hakimiyyətə gəlməsi ilə Taişo dövrü (1912-1926) başladı. 1923-cü ildə olan böyük Kanto zelzələsi və 1929-cu ildə baş qaldıran dünya iqtisadi böhranı Yaponyanı zəiflətdi. Bu Taişo dövründə Yaponiya birinci dünya müharibəsinə qoşuldu. Muharibədən sonra Yaponiyanın iqtisadi vəziyyəti pisləşdi.

Ülvi Əhmədov © yapon.az 2014
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma