Yaponiyanın keçmiş paytaxtı Kiotoya səyahət

Yaşadığımız zamandan 12 əsr öncə, 794-cu ildə Yaponiyanın paytaxtı bugünki Kioto şəhərinin yerləşdiyi Heyan (Heian) Kyo`ya köçürüldü (Heian Kyo “Sülh və sükunətin paytaxtı” mənasını daşıyır). Şəhər min il ərzində, yəni, 1868-ci ildə Tokio paytaxt olanadək İmperatora ev sahibliyi edib və ölkənin mərkəzi olub. Təxminən 400 il davam edən Heyan dövründən başlayaraq, sırayla Muromaçi, Azuçi-Momoyama və Edo dövründə Kioto Yaponiyanın mədəniyyəti, din və siyasətini əks etdirirdi.

Zen mədəniyyətinin Kamakura dövründən başlamasına baxmayaraq, XIV-XVI əsrdə yaponların renesansı (intibah) adlandırılan Muromaçi dövrü öz yüksəlişini yaşayıb. Bu yüksəliş dövrü Kiotoda Zen mədəniyyətinin inkişafı ilə üst-üstə düşür. Belə ki, bütün bu zaman ərzində Yaponiya tarixinin Kioto tarixiylə başabaş getdiyini söyləmək mümkündür.

Kioto UNESCO-nun Dünya Mirası siyahısında qeydiyyatdan keçən 14 buddist və şintoist məbədinə və eləcə də, Yaponiya hökuməti tərəfindən qorunan 1700-dən çox milli xəzinə və mühüm mədəniyyət nümunələrinə ev sahibliyi edir. Kiotoya səyahət bizə çox maraqlı və bənzəri olmayan bir təcrübə və qədim Yaponiyanı bir daha kəşf etmək şansı qazandırır. Bu tarixi şəhərin gözəlliyinə şahid olmaq üçün əlbəttə oraya getmək lazımdır, amma qısa da olsa mən oraya qiyabi səyahət edərək tarixi abidələri haqqında məlumat verəcəyəm.

Kinkaku-ci (金閣寺) məbədi (Qızılı paviliyon)

1224-ci ildə, Kamakura dövrünün Kintsune Sayanci (1171-1244) adlı yüksək səviyyəli saray mənsubu tərəfindən tikdirilib. O dövrdə Kitayamaday olaraq xatırlanan və dağ evi olaraq inşa edilmiş olasa da, 1397-ci ildə şogun Aşikaga Yoşimitsu tərəfindən Sayanci ailəsindən satın alınıb yenilənərək Kinkakuci kampusuna daxil edilmiş, dövrün əhəmiyyətli siyasi mərkəzlərindən biri olmuşdur. Əsl adı Rokuon-ci məbədinin əsas binasında Buddaya aid bir sümük parçası qorunur. 2-3-cü qatları qızıl vərəqlə qapalıdır. 1950-ci ildə ruhi cəhətdən problemi olan rahib tərəfindən yandırılmış amma 1955-ci ildə yenidən inşa edilmişdir. UNESCO-nun Dünya Mirası siyahısına daxil edilmişdir.

800px-japon-1886-41
Kinkakuci. Kinkakuci`nin 1885-ci ilə aid olan və sonradan rəngləndirilmiş fotoşəkili. Vikipediya – elektron ensiklopediya.

Kiyomizu-dera  (清水寺) məbədi

Kiotonun ən çox turist qəbul edən məbədi… 798-ci ildə paytaxtın buraya köçürülməsindən dərhal sonra qurulub. Məbədin əsas binası 1633-cü ildə yenidən inşa edilib. Məbəd adını kompleksin içindəki şəlalədən alıb. Kiyomizu – təmiz saf su mənasını verir. Burada hündürlüyü 10 metri aşan sütünlar vardır. Məbədi məşhurlaşdıran bir başqa xüsusiyyəti bura xas olan inancdır. Belə ki, 13 metr yüksəklikdən atlayaraq həyatda qalan adamın diləyinin mütləq reallaşacağı rəvayət edilməkdədir. Edo dövründə 234 atlayışın reallaşdırıldığı yazılır və bu cəhd edənlərin 85,4 %-i həyatda qalmışdır. “Kiyomizu no butai kara tobi-oriru” (Kiyomizu balkonundan aşağıya tullanma) anlamını daşıyaraq həyata yön verən bir qərar mənasında işlədilirdi. İndi bu ənənə qadağan edilib.

kiyomizu-dera
Kiyomizu-dera məbədi

Ginkaku-ci (銀閣寺) məbədi (Gümüşü pavilyon)

Əsl adı Cişocidir. 1482-ci ildə Muromaçi şogunu Aşikaga Yoşimasa tərəfindən tikdirilib. Dizaynı Yoşaimasanın babası Aşikaga Yoşimitsu tərəfindən inşa etdirilən Kinkaku-ci`yə bənzədilib. Dalğaları əks etdirəcək şəkildə balaca təpəciklər halında şəkilləndirilmiş ağ qum “dəniz”i, Ginşadan ilə Fuci dağını simvolizə etmək üzrə konus formasına gətirilmiş qum kogetsudai – məbədin bağçasını unudulmaz əsrarəngiz edir. Aşikaga özünə bu evi yaşlı günlərini keçirmək üçün inşa etdirib. O öldükdən sonra onu xatırlamaq, yasını tutmaq istəyənlər üçün evi Zen məbədinə çevrilir.

Onu da qeyd edim ki, Kinkaku-ci məbədi qızıl vərəqlərlə qapalı olduğu halda, Ginkaku-ci məbədində gümüş vərəq istifadə edilməyib.

kyoto_silver_pavilion_pond
Ginkaku-ci məbədi, Kannon zalı və göl. Vikipediya – elektron ensiklopediya.

Ryoan-ci məbədi

sakura10_100323_kyoto_05
Royan-ci məbədi.

Orjinalda köklü bir ailənin evi olaraq inşa edilib. 1450-ci ildə hərbi icraedici tərəfindən bir Zen məbədinə çevrilib. Kare-sansui (quru sahə) üslubundakı məşhur daş bağçası, şərqdən qərbə 25, şimaldan cənuba 10 metrlik düzbucaqlı sahədə dırmıqla düzəldilmiş ağ daşlar arasına yerləşdirilmiş 15 qaya parçasından ibarətdir. Bağça Zen ruhunun təsiri olan bir yer kimi dünyada tanınmaqdadır.

Ryoan-ci bağçasında qayaların düzülüşü şərqdən qərbə doğru 5-2-3-2-3 şəklindədir. Qayalar elə yerləşdirilmişdir ki, hansı tərəfdən baxılırsa baxılsın (təpədən istisna olmaqla) sadəcə 14 qaya görünür. Əfsanəyə görə dərin Zen meditasiyasının sonunda aydınlığa çatan insanın  görünməz daşı “ağlın gözüylə” görə biləcəyinə inanılır.

Ramin Məmmədli © yapon.az 2014
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma