Qərb mədəniyyətinin təzahür etdiyi Yaponiya şəhəri – Kobe

Kobe – Yaponiyanın ən mühüm iki beynəlxalq ticarət mərkəzindən biridir (digəri isə, şərqdə yerləşən Yokohama). Kobe onu şimal küləklərindən qoruyan Rokko dağları və cənubda Osaka körfəzi arasındakı şərqdən qərbə uzanan dar torpaq sahəsi arasında yerləşir. “Kobe” sözü bir çox yaponiyalı üçün “eqzotik bir liman şəhəri” anlamını ifadə edir. Min il öncə şəhərin adı Hyoqo olarkən Çinlə edilən ticarət buraya bolluq gətirib. Ancaq XVII əsrin ortalarından əvvəl liman beynəlxalq ticarətə bağlanıb. Yaponiyanın bu qapalı siyasəti 200 ildən artıq davam edib. Kobenin müasir beynəlxalq limana çevrilməsi 1860-cı ildə, xarici ölkələrlə ticarət etmək qadağasının aradan qaldırılması ilə başlandı. Fərqli mədəniyyətlərin təzahürləri buraya çatmaqda geçikmədi və Kobe ekzotik, eyni zamanda, Qərb ab-havasını daşıyan bir şəhərə çevrildi…

O dövrdən günümüzə qalan 50-ə qədər icin-kanın (xarici iqamətgahlar) yerləşdiyi Kitano səmtində XIX əsr Qərb mədəniyyətinin izləri hələ də qalmaqdadır. Bütün bu villa tipli evlər limanın açılışından XX əsrin əvvəllərinə qədər olan zaman çərçivəsində inşa olunub. Onlardan 20-ə qədərinin qapısı bu gün də xalqa açıqdır.

kazamidori_1_m
Kazamidori no yakata

Qədim dövrlərdə yapon olmayanlar limanın yanındakı xaricilər səmtində qalmaq məcburiyyətində idi, ancaq buradakı struktur layihələrinin gecikməsi nəticəsində xaricilər Kitano səmtində qalmaq icazəsi əldə etdilər. Bu villaların ən qeyri-adilərindən biri Kazamidori-no-yakata almaniyalı memar tərəfindən hazırlanıb. Villanın adı qüllənin təpəsindəki bir xoruz (kazamidori) formasındakı flügerdən (küləyin səmtini müəyyənləşdirən cihaz) gəlir. Bu gözəl villa xüsusi quruluşu ilə hökumət tərəfindən Mühüm Mədəni Miras elan edilib.

Kitanodan limana doğru yoxuşla aşağı irəliləyəndə illər əvvəl burada yaşayıb tacirlik və digər peşələrlə məşğul olan xaricilərin varlığını hardasa hiss edə bilərsiniz. Xaricilərə aid villalardan başqa, burada bir qədər də dini məbədlərə rast gələcəksiniz. Kilsələrdən əlavə Yaponiyada az görülən Sinaqoq Jain məbədi də burada yerləşir.

Kobe məscidi ətrafındakı binalar arasında diqqəti cəlb edən bir quruluşa malikdir. Azca qərbə doğru uzanan bir küçəni izləsəniz Çin generalı Guan Yunun adına tikilmiş, müxtəlif rənglərlə bəzədilmiş Kanteibyo məbədini görəcəksiniz. Kobe 100-dən artıq ölkədən insana ev sahibliyi edir…

d
Kazamidori no yakata

Motomaçi stansiyası Meriken istiqamətindən daxil olsanız, qısa bir zaman sonra yolun sağında Çin Məhəlləsi görəcəksiniz. Nanking-maçi adlı səmtdə 100-dən artıq Çin restoranı və dükanı özlərini bəlli edəcək şəkildə rəngli işarələrlə bir-birinin yanında yerləşir. Restoranlarda yemək yeyənlərlə yanaşı, gəzən insanların da əllərində yemək yediklərini görmək olar. Onu da qeyd edim ki, illər öncə xaricilərə aid ticarət mərkəzləri burada yerləşirdi.

images
Meriken parkından görüntü

Müasir limanın formalaşdığı sahə olan Meriken portu bu iki bölgənin cənubunda yerləşir. İllər öncə xaricdən gələn gəmilər yüklərini burada boşaldırdılar. Ancaq zamanla şərq və qərbdəki daha böyük limanlara istiqamətlənməyə başladılar. Hal-hazırda bu sahəyə Meriken Parkı adı verilib; limandakı gəmilər isə, artıq turist gəzintilərində istifadə olunur.

Parkda yerləşən 108 metr hündürlüyündə Kobe qülləsi limanın simvolu hesab olunur. Qülləyə çıxdığınız zaman şəhərin gözəl bir məznərəsi ilə yanaşı, uzaqlarda Osaka şəhərini və suyun obiri tərəfindəki Şikoku adasını görə bilərsiniz.

untitled
Kobe qülləsi

Şəhərin Sannomiya Mərkəz Küçəsi adlı ən böyük alış-veriş səmti limanın şimalında, Sannomiya və Motomaçi stansiyaları arasında yerləşir. 550 metr uzunluğundakı üstü qapalı yol alış-veriş üçün çox tutulan bir yerdi. Bu yerlər, həmçinin, Qərb tərzində şirniyyat satan dükanları ilə məşhurdur.

Ramin Məmmədli © yapon.az 2014
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma