Nəhəng Gundam

RX-78 Gundam – Yoşiyuki Tomino`nun “Mobile Siut Gundam” (機動戦士ガンダム- Kidō senşi Gandamu) animesində ilk dəfə meydana çıxan insan tərəfindən idarə olunan robotdur. Anime “Gundam” 1979-cu ildə yayımlanmasına baxmayaraq, indinin özündə də onun kifayət qədər pərəstişkarları var. Fasilələrlə də olsa animenin “davamı” (Gundam silsiləsindən başqa robotlarla) 2012-ci ilədək çəkilib. Robot RX-78 isə, 2000-ci ildə Yaponiyanın simvoluna çevrilib. Belə ki, 23 oktyabr 2000-ci ildə robot və pilotun şəkli ilə 2 marka buraxılıb.

locskpdsx7m40vnmkf2o
Anime “Gundam” 1979

Anime TV serialında robot Dünya Federasiyasının eksperimental silahıdır və o silahı yaradan şəxsin oğlu – Amuro Rey`in əlinə keçir. Amuro Rei Zeon qraflığına qarşı Federal Dünyanın mübarizəsində robotun pilotudur.

gundam robot  (9)

gundam robot  (10)

gundam robot  (4)

“Gundom” “Real robotlar” üslubunda yeni meka (mexa)-anime janrının təmsilçisinə çevrilib. İllərlə janr daha da populyarlaşıb. Animenin 30 illiyi ərəfəsində onun yaradıcıları 11 mart 2009-cu ildə rəsmi şəkildə Yaponiyada eynilə animedə təsvir olunan təbii ölçülərdə Gundam robotun hazırlanacağını açıqlayırlar. 18 metrlik hündürlükdə robotun modeli 9 iyun 2009-cu ildə tamamlanır. Hazır olduqdan sonra robot ilk dəfə Tokioda (Daiver-Siti Toyko, Odaiba, Tokio) nümayiş olunur. Sərginin son gününə, yəni 31 avqust 2009-cu ilədək nəhəng robotu 4,15 milyon nəfər insan seyr edib.

Robot Tokioda ikən həm də 2016-cı ildə Olimpia oyunlarının keçirilməsi üçün Yaponiyanın namizədliyinin dəstəklənməsi prosesində təşviqat kompaniyasına cəlb edilib. Məhz “Green Tokyo Gundam Project” (08.07.2009) layihəsi 2016-cı ildə Olimpia və paraolimpiya oyunlarının keçirilməsinədək başa çatmalı olan “Tokyo Big Change” 10 illik qlobal layihəsi çərçivəsində Tokionun tamamilə yaşıllaşdırılması istiqamətində yeni vəsaitlərin cəlb edilməsinə xidmət edəcəkdi (aşağıdakı videoda kiçik robot mketlərinin görüntüsü verilib).

Tokiodan sonra Gundam robot Şizuoka prefekturasında nümayiş olunub. Burada robotun nümayişi 2010-cu ilin iyul ayından 2011-ci ilin martınadək keçirilib. Nəhayət, robot Gundam Tokioya 2012-ci ilin aprelin 19-da qaytarılıb.

Sevinc Nur Ali © yapon.az 2014
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma